Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Balakən rayon şöbəsi tədbir keçirdi.
Tədbirdə üzv olmaq üçün müraciət etmiş 44 günlük Vətən müharibəsi veteranlarına üzvlük vəsiqəsi, yaralı qazilərimizə göstərdikləri diqqət və qayğıya görə daha 3 nəfər AVMVİB-nin Fəxri üzvlüyünə qəbul edildi.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Balakən rayon şöbəsinin sədri Aydın Abdullayev məlumat verib.
Tədbirdə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin şanlı ordumuzun, xalqımızın və Ali Baş Komandanımızın birgə səyiylə əldə edilməsi vurğulanıb. AVMVİB-nin bir ictimai birlik kimi bu proseslərdə daim öndə olması qeyd olunub.
Daha sonra AVMVİB Balakən rayon şöbəsinin sədri Aydın Abdullayev Fəxri fərmanları və üzvlük vəsiqələrini öz sahiblərinə təqdim edib.
Elnur Səlim




