Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynaya rəsmi səfərə gəlib.
Boris Consonun Ukrayna Prezidenti Volodimir Zelenski və xarici işlər naziri Dmitri Kuleba ilə danışıqlar aparacağı gözlənilir.
Bildirilir ki, görüşün əsas mövzuları təhlükəsizlik, gərginliyin azaldılması yolları, eləcə də hərbi-texniki əməkdaşlıq olacaq.
