“Azərbaycanla sülh müqaviləsinin imzalanması Qarabağ münaqişəsinin həlli ilə bağlıdır”.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri Qarabağ probleminin siyasi həllinə nail olmaq üçün yaradılmış və müstəsna səlahiyyətlərə malik formatdır.
“Hələ həll yolu tapılmayıb və biz bu formatda danışıqları davam etdirməliyik. Və onun həlli yollarından biri ümumi sülh müqaviləsinin parametrlərini müəyyənləşdirmək, onu hazırlamaq və imzalamaqdır”-deyən Mirzoyan qeyd edib ki, həmsədrlər tərəfindən hazırlanmış nizamlanma prinsiplərini, xüsusən də Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etmək hüququnu xatırlamaq vacibdir”.
Ermənistan XİN rəhbəri vurğulayıb ki, 2020-ci ildə Azərbaycan 44 günlük müharibə ilə digər prinsipləri güc tətbiq etməməklə kobud şəkildə pozulub.
İndi dünya birliyi qərar verməlidir ki, gücdən istifadə etməmək prinsipi münaqişələrin həlli üçün əsasdır, ya yox. Axı hansısa dövlət bu prinsipi pozmağa gücü çatırsa, o zaman başqa dövlətlərin də onu pozmasına yol açılır.
