Veteranlar «Bir nəfəs qədər» tamaşasında…

2 fevral 2022-ci il tarixində Gənclər gününün 25 illiyi münasibəti ilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəsimi rayon şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Musiqili Teatrında «Bir nəfəs qədər» tamaşasına Bakı şəhərinin Şəhid ailələri, Qazilər, Müharibə veteranları dəvət olunmuşdular.


Əsərin quruluşçu rejissoru Samir Qulamov, ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əlqismət Lalayevdir.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov məlumat verib.

Elmar Hüseynov bildirib ki, Qəhrəmanlıq salnaməmizi özündə əks etdirən bu tamaşa qürur mənbəyimiz olan Şəhidlərə, Qazilərə, əsgər övladlarımıza və Zəfərimizin əsas simasına çevrilən Analarımıza həsr olunub. Bu cür tamaşalar, filmlər daim əhəmiyyətlidir və gəncliyin yetişməsində bu cür tamaşaların böyük rolu var.

Fedai.az

Bu xəbəri paylaşın: