Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi və AVMVİB-nin sədr müavini polkovnik Salman Musayev müharibə veteranı, ehtiyatda olan mayor Hacıyev Zəfər Maarif oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Zəfər Maarif oğlu Hacıyevin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!
Müharibə Veteranı ehtiyatda olan mayor Hacıyev Zəfər Maarif oğlu 06 fevral 1969- cu ildə Masallı rayonun Arab kəndində hərbiçi ailəsində anadan olub.
Zəfər Hacıyev 1986-cı ildə Qaradağ rayonunun Qızıldaş qəsəbəsində orta məktəbi, 1990-cu ildə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Saratov şəhərində yerləşən Ali hərbi məktəbi bitirib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində isə zabitlərin ixtisas artırma kurslarında olub və bir çox metodiki- təlim toplanışlarda,seminar və konfraslarda fəal iştirak edib.
1990- 1991-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Kemerovo şəhərində yerləşən hərbi hissədə taqım komandiri, 1992- 2004-cü illərdə Azərbaycan Respublikasının Sumqayıt şəhərində, Ağdam, Füzuli, Binəqədi, Nərimanov, Xəzər və Xətai rayonlarında yerləşən hərbi hissələrdə taqım, böluk komandiri, taborun qərargah rəisi, tabor komandiri, əlahiddə tabor (hərbi hissə) komandirinin müavinini -qərargah rəisi vəzifələrində xidmət edib.

Zəfər Hacıyev Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib və yaralanıb.
O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın, hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə və yaşayış məntəqələrində, cəzaçəkmə müəssisələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,fövqaladə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında ,baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Zəfər Hacıyev Peşəkarlığı və humanistliyi ilə seçilən ömrünün ən məhsuldar dövrünün 18- ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə keçirirərək Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.
Hərbi vəzifələrin icrası zamanı yüksək-mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyasi hazırlığında hərbi intizamın möhkəmləndirilməsində, yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri əla xidmətlərə görə döş, yubiley və idman dərəcəsi nişanları ilə təltif edilib, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan olunub.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ZƏFƏR bəy!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Dərin hörmətlə, Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev







