AVMVİB Balakən rayon şöbəsi açılış mərasimində

Balakən rayonunda şəhid Elsevər Eyvaz oğlu Paxırovun xatirəsinə həsr olunmuş Şəhid Bulağı kompleksinin açılışı olub.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin (AVMVİB) Balakən rayon şöbəsinin sədri Aydın Abdullayev məlumat verib.


Aydın Abdullayev bildirdi ki, açılışda Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin (AVMVİB) Balakən rayon şöbəsinin üzvü olan müharibə veteranları iştirak edərək, şəhidin valideynlərinə başsağlığı veriblər. Vətən uğrunda öz canlarından keçmiş qəhrəmanları unutmamalıyıq. Onların adları əbədiləşdirilməlidir.


Şəhidlərimizə Allah rəhmət eləsin!


Elnur Səlim

Bu xəbəri paylaşın: