Bir azərbaycanlı xocavəndli gəncin milli bayrağımızla əylənməsi və tik-tok kimi yayması ictimaiyyəti hidləndirib.

Xüsusən də müharibə veteranları yetişməkdə olan gəncliyin mənəviyyatca deqredasiyaya uğramasını Təhsil nazirliyinin və televiziyaların apardığı məqsədsiz, bəlkə də məqsədyönlü fəaliyyətin davamı olması kimi qiymətləndirirlər.
Məsələyə münasibət bildirən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev dedi ki, bayrağa həqarət bağışlanmaz bir hərəkətdir. Hələ də bir çoxları Bayraq müqəddəsliyini anlamadıqları ortadadır. Çünki məqsədyönlü heç bir iş görülmür. Nə KİV-lər, nə də tədris müəssisələri bu işi öz prioriteti hesab etmir. Televiziyalardakı şou proqramların çoxluğu fonunda belə nadanların olması təəccüblü deyil. Belələri ölkə qanunvericiliyinə uyğun bir şəkildə cəzalandırılmalıdırlar. «Bayraq haqqında» Respublika Qanununun 11-ci maddəsində deyilir: «Azərbaycan Respublikası Dövlət bayrağının bu Qanunun tələblərinə zidd istifadəsi, habelə Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə səbəb olur.» Bu Qanunda bir boşluq var. Cəzanın nədən ibarət olması göstərilməyib. Bu gün bayrağa xəyanət edən o əsilsiz-soysuz gənc sabah silaha, sonra da Vətənə xəyanət yolu tutacaq. Bizim mentalitetimizdə bir yanlış yanaşma mövcuddur.
«Uşaqdır qanmayıb, gəncdir beyni qanlıdı, qocalıb ağlı gedib». Amma uşaqkən səhvini bu adama başa salsaydıq, qocalanda onun dərdini çəkməyə ehtiyac olmazdı. Deyilənə görə, bu işlə Xocavənd İcra Hakimiyyətindən maraqlanıblar. İnanırıq ki, vətənpərvər insanlar olan rayon rəhbərliyi bu məsləksiz gəncin tərbiyyəsizliyini aradan qaldırmaq üçün lazımi tədbirlər görəcəklər.»
*******
Vətənpərvər paylaşımları ilə tanıdığınız Leyla Həsənova isə sosial şəbəkədə ibratamiz bir paylaşım edərək müharibə getdiyi günlərdə məktəblilərin müraciət mətnini paylaşıb: «1992-ci ilin əvvəlləri orta məktəb 9 «A» sinif şagirdlərinin Azərbaycanın çətin günündə müharibəyə könüllü getmək haqqında Müdafiə Nazirliyinə müraciəti.

Redaksiyadan: Bir daha sosial şəbəkə istifadəçi olan vətənpərvər insanlarımıza minnətdarlıq edirik. Yaxşı ki, sizlər varsınız…
Amma bu iki fakta diqqət yetirib deyirsən: HARADAN HARAYA DÜŞDÜK?
İstədiyi üzrü belə günahından betər olan quliyevh bu sözü qulağında sırqa et: O bauraq uğrunda axıdılan qan dəryasında bütün nəslin -kökün boğular…
Elnur Səlim
