Abbas Hüseynli
AVMVİB Polis veteranları şöbəsinin sədri
Son vaxtlar Azərbaycan və Türkiyədə yaşayan kürd və türklər arasında düşmənçilik toxumu səpən və bu iki xalqı bir-birinə qarşı qoyan qüvvələr daha da çoxalmışdır.
Deyilir ki, güya Azərbaycan Respublikasında yüksək vəzifədə olan kürd əsilli şəxslər PKK-ya maddi yardım göstərir və PKK-ya yaxın olan kürdləri isə Azərbaycan Respublikasında məskunlaşdırırlar.

Bunun gələcəkdə Azərbaycan xalqına böyük bəlalar gətirəcəyi göz önündədir. PKK-nı çox təəssüf ki, Azərbaycan Respublikası Milli Məclisi terrorçu bir təşkilat kimi tanımamışdır. Türkiyə Respublikası isə Azərbaycanın işğal edilmiş Qarabağ ərazisində PKK terror təşkilatının məskunlaşmasını bildiyi halda, onların məhv edilməsi üçün heç bir təşəbbüs göstərmirlər. Niyə, nə səbəbə? İraqda və Suriyada isə PKK-nın baza və düşərgələrini daima bombalayırlar. Mənə elə gəlir ki, erməni lobbisi qardaş Türkiyəni də ələ ala bilibdir. Yoxsa, Türkiyə Respublikasında rəhbərlikdə oturan şəxslər erməniləri özlərinə qardaş hesab edirlər?
Mənim özümün şahidi olduğum bir hadisə 1999-cu ildə baş vermişdir. Mən onda Sabunçu RPİ-nin 14-cü PB-də baş əməliyyat müvəkkili vəzifəsində işləyirdim. Səhər işə gələndə, növbətçi hissədən xəbər verdilər ki, Bilgəh qəsəbəsində Zeytunluq deyilən böyük bir əraziyə İraq və Türkiydən kürdlər gətirilmişdir. Həmin ərazinin yaxınlığında olan vətəndaşlar bu köçə narazılıqlarını bildirdikləri üçün polis əməkdaşları ilə birlikdə mən də həmin əraziyə getdim. Orada gördüm ki, yüzlərlə İraq və Türkiyə dövlətinə məxsus avtomaşınlar zeytunluq ərazidədirlər. Hətta çoxsaylı çadırların qurulmasının belə şahidi olduq. Orada olan kənd sakinlərindən öyrəndik ki, bu şəxslər axşamdan bura gəlmiş və məqsədləri burada məskunlaşmaqdır.Mən bu şəxslərin rəhbərlikdə oturan şəxslər tərəfindən bu əraziyə gətirilmələrini öz gözlərimlə gördüm.
Yadımdadır ki, Sabunçu RPİ-nin o vaxtkı rəisi Etibar Qazıbəyov yuxarı vəzifədə oturan kimlərləsə telefonla danışırdı, mən onun yaxınlığında idim. Telefonda olan şəxs boğuq səslə Etibar müəllimə deyirdi ki, gələn kürdlərin orada yerləşdirilməsinə kömək etsin. Etibar müəllim isə kənd sakinlərinin buna etiraz etməsini dəfələrlə deyirdi.Bundan sonra mən gördüm ki, DYP-nin avtomaşınları gələn kürdlərin avtomaşınlarını müşayiət edərək, Gəncə şəhəri istiqamətinə aparırlar. Sonradan onu da bildim ki, bu şəxslər Gəncə şəhəri yaxınlığında məskunlaşdırılmışlar.

Hələ, 2013-cü ildə mən Türk və kürdlər barədə yazmışdım ki, Türkiyə və Azərbaycan Respublikasında yaşayan kürd və türklərin eyni dinə məxsus olmasını deyib, bizim yaxınlaşmağımızdan, qardaş olmağımızdan çox danışırlar.
Hətta ermənilərin kürd və türkləri soyqırımına məruz qoyduqları göstərilir.Lakin bütün bunlara baxmayaraq, kürd millətçiləri öz sərsəm, ağılsız siyəsətlərini, türkə qarşı cirkin əməllərini davam etdirməkdədirlər.Onlardan birisi də Abdulla Dəmirbaşdır. Bu Dəmirbaşın (qədim Azərbaycan Türklərinin Diyarbəkir vilayətinin Sur şəhərində 12 sentyabr 2013-cü il tarixdə şəhər bələdiyyəsinin rəhbəri) Ənzəli parkında yaratmış olduğu 1915-ci il «Erməni soyqırımı» abidəsi və həmin abidənin yanında etdiyi çıxışdır. Belə bir “dəmirbaş”dan nə gözləmək olar? (Belə ki, əgər sən kürdsənsə «dəmir» sözünü haradan götürmüsən?- elə kürd dilinə uyğun bir söz götür, erməni-hay da sənin kimi dəmir sözünü götürüb özünə soyad düzəldir, məsələn sənin təriflədiyin millətin üzvlərindən biri vaxtı ilə Ermənistanın başçısı olan Dəmirçiyandır).

Hiss olunur ki, bu şəxsin özü də çətin ki, qanı, çanı kürd olan bir şəxsdir.Necə ki, 40 min türkün qanının axıdılmasında iştirak edən erməni əsilli PKK-nın başçısı Abdulla Ocalan kimi. Ona görə də, qanı, çanı bir olan kürd yüzlərlə günahsız kürdün-türkün vaxtı ilə qanını su yerinə axıdan erməni-haylara yaltaqlanmaz. Olmayan hadisələri, heç bir tarixi fakta söykənməyən soyqırımı barədə danışmaz. Görün özünü kürd adlandıran bu “dəmir baş” ermənilərdən olmayan soyqırımına görə üzr istəyir, hətta təkcə ermənilərdən yox həm də orada olan assorlulardan. Dəmirbaş çıxışında deyir ki, Türkiyə höküməti soyqırımını tanımalı və ermənilərə kompensasiya verməlidir. Həmin açılışda kimlər iştirak edir. Ələvilərdən olanlar, erməni-haylar, kürd və bir də aysorluların nümayəndələri.
Bu hadisələrə diqqət yetirdikdə, Türkiyə hökümətinin nə qədər yazıq olduğunun şahidi oluruq. Bir anlığa baxın, Rusiyada, Almaniyada, Fransada kimlərsə hökumətin əleyhinə olan elə bir abidəni qurub və belə bir yığıncağı keçirə bilərmi?- Əsla yox! Onları həmin günü tutub elə yerə göndərərlər ki, onların səs-sorağı bir daha çıxmaz. Türkiyə dövlətinin bəzi rəsmiləri isə buna göz yumur. Hansı səbəbə görə? Milli nöqteyi- nəzərdən yeritmiş olduğu yanlış siyasətin nəticəsinəmi görə? Mən hərdən Türkiyədə Abdulla Öcalanın dövlət tərəfindən müəyyən şəxslərlə aparılan danışıqlarını eşidəndə, dəhşətə gəlirəm. Ona görə ki, Türkiyə dövlətinin bəzi məmurları görün nə günə qalıb ki, Türklərin qənimi olan terrorbaşı Öcalanla danışığa gedir və kürd məsələsində nə kimi göstərişinin olduğunu sorurlar. Türkiyə 20 ildən çoxdur ki,İmralı adasında terrorbaşının qorunub-saxlanması üçün (daha doğrusu,bəslənməsi üçün) möhtəşəm bir həbs düşərgəsi (istirahət mərkəzi ) inşa edib. Bu yaramazın təhlükəsizliyi o həddədir ki,quş quşluğuynan burada səkə bilməz… Mən Sizə bir hüquqşünas kimi demək istəyirəm ki, sizin kürdlərlə əlaqədar apardığınız siyasət səhv siyasətdir.Siz bir qrup terrorçu ilə əlaqə saxlamaqla, onların qorxutduqları milyonlarla kürdün hüquqlarını pozursunuz. Hansı ki, həmin kürdər türklərlə qohum, qonşu, qardaş kimi yaşayırlar. Siz həmin insanları terrorçu kürdlərin qapazaltısına çevirirsiniz.Ona görə ki, qeyd edilən milyonların özləri həmin terrorçu kürdlərə nifrət edirlər. Onları xarici ölkələrin agentləri, onların siyasətlərini həyata keçirərək, Türkiyəni parçalamaq istədiklərini gözəl bilirlər. Çox təəssüf ki, Türkiyə hökumətinin bəzi rəsmiləri bunları bilsə də, buna göz yumur. Türk və kürd xalqlarına uyğun olmayan siyasət həyata keçirirlər.Yanlış siyasətin nəticəsində yüzlərlə türkün, kürdün qanı axıdılır və gələcəkdə də bunun davam etməsi gözləniləndir.
Yeri gəlmişkən,yuxarıda adını çəkdiyim Dəmirbaşa demək istəyirəm ki, ay ”dəmir baş” ermənilərin kürdlərin başına açdıqları işgəncələrdən, soyqırmılardan xəbərin varmı?-mənə elə gəlir ki, yoxdur. Mən onlardan bir neçəsini sənə demək istəyirəm ki, biləsən bu ermənilər kimlərdir? Ermənilər fəxrlə Xanazor hərəkatından danışırlar. Hətta Vazgen Kazaryanın məşhur erməni alimi Stepan Poqasyana yazdığı məktubda da bu barədə bəhs edilir. “Xanazor hərakatı 25-27 iyul 1897” başlığı altında belə yazılıb: Xanazor hərəkatı erməni-hay döyüşçülərindən ibarət olmuşdur. Bu hərəkatın məqsədi Mazrik Kürd Tayfaları İttifaqını məhv etmək idi. Bu hərəkat erməni Daşnaq partiyası tərəfindən yaradılmışdır. Onların məqsədi bu tayfanın döyüş gücünü məhv etmək və intiqam almaq idi, aldılar da. Orada qeyd edilir ki, 25 iyul 1897-ci ildə səhərə yaxın 250-300 döyüşçü ilə Mazrik Kürd Əşirətinə hücum etdilər və qələbə qazandılar. Basqın 27 iyulda başa çatdı. Bu üç günlük hücum nəticəsində 40 000 qadınlı, uşaqlı kürdü öldürdülər. Hətta həmin məqalədə göstərilirdi ki, iki erməni-hay keşiş də silahlı qruplarla birlikdə bu hərəkata qatılmışdır. Bundan başqa, ermənilər 1918-ci ildə Qərbi Azərbaycanın sərhəd ərazisində yerləşən kürd kəndi Sorkuluda bir günün içərisində kəndin kürd və türk sakinlərini öldürmüş və sonra isə kəndi yandıraraq, yerlə-yeksan etmişdilər.
Dəmirbaşın xeyir-duası və iştirakı ilə Sur şəhərində qoyulmuş bu qondarma “erməni soyqrımı” abidəsinin qoyluşuna maddi yardım göstərən erməni yazıçısı Mkrtıç Marqasyan həmin toplantıda çıxış edərək, şəxsi vəsaitindən 140 min avro pul ayırdığını göstərir. Bütün bunlar biz türk və kürdlərə bir daha mesaj deyilmi? Biz hələ də yuxudayıq, ətrafımızda baş verənləri görmək istəmirik. Hər birimiz öz ailəmizdən, öz həyətimizdən o tərəfdə nələrin baş verdiyindən mənə aidiyyəti yoxdur deməklə, yaxamızı kənara çəkmirikmi? Erməni yazıçı erməni-hayların olmayan soyqırımına görə öz pulundan 140 min avro pul verir, bizim imkanlı insanlarımız isə başımıza gələn müsibətləri dünyaya çatdırmaq üçün heç bir maddi yardım göstərmək istəmirlər.
Bunu yazanda, yadıma Qarabağda döyüşdə olduğum vaxtı bir hadisə düşdü. Kəndin adını burada qeyd etmək istəmirəm ki, həmin kənddə qeyd etdiyim şəxsdən başqa mərd- mübariz şəxslər də çox olmuşdur. Yanıma Gəncə şəhərindən döyüşmək üçün 4-5 nəfər şəxs gəlmişdi, günorta vaxt idi,yemək hazırlamaq istəyirdik, həmin kəndin çobanına yaxınlaşaraq, bir qoyunu ucuz qiymətə satmasını dedik, həmin şəxs qoyunu bizə satmaqdan tam şəkildə imtina etdi və dedi ki, mən həmin pula sizə qoyun satmaram, sonradan həmin şəxsi Ağdamda görəndə ondan nə var, nə yox soruşdum. Onun bizə ucuz qiymətə qoyun satmaqdan imtina etməsi yadından çıxmışdı deyə, başı lovlu başladı ki, Allah erməninin evini yıxsın, bütün var-dövlətim, bəslədiyim 70 baş qoyun da ermənilərə qaldı deyə, fəryad etməyə başladı. Bunu qeyd etməkdə məqsədim ondan ibarətdir ki, milyardlar yığmaq olar, lakin öz xalqının, millətinin yolunda onları sərf etmirsənsə, bir gün gələcək ki, onlar düşməninə çevriləcəkdir.

Mən üzümü bi daha Abdulla Dəmirbaşa çevirərək, demək istəyirəm ki, ay “dəmir baş”, vaxtın olsa bir ermənilərin «dənizdən dənizə» erməni dövləti yaratmaq barədə tərtib etdikləri xəritəni açıb oxu. Onda görəcəksən ki, sənin kürd ərazisi kimi göstərdiyin Diyarbəkir eli ermənilərin xəritələrində onların ərazisi kimi- erməni torpağı kimi göstərilmişdir.Mən tarixi faktlardan çox istifadə etmək istəmirəm. Ona görə ki, sənin kimi insanlara həqiqəti izah etmək olduqca çətindir. Sən yazıq haradan biləsən ki, Diyarbəkir, Dəmir qapı Dərbənd sözləri haradan götürülüb, sən haradan biləsən ki, «Armeniya çarlığı» kimi göstərilmiş ərazi biz türklərin qədim ərazisidir. Erməni deyilənlər biz türklərik. Onlar isə «haylardır» haylar isə bu ərazilərdə ömür boyu yaşamamışlar. Onlar kiçik Asiyada qaraçı köcəri həyat sürən bir tayfa olmuşdur. Hətta böyük rus alimi və yazıçısı olan Veliçko özünün 1906-cı ildə yazmış olduğu «Qafqaz» adlı kitabında bu erməni deyilən hayların ömür boyu nə torpağı, nə yurdu olmadığını, bunların qaraçı, köçkün həyat sürmələrini, bu ərazinin sahibi isə biz türklərin-kürdlərin olmasını bildirmişdir.
Diyarbəkirdə baş vermiş son olaylara fikir verəndə isə görürsən ki, orada PKK-çı kürdlərin bəziləri nə qədər həyasızlıqlar edir, Türkiyə bayrağını ayaq altına atır, Atatürkün heykəlini belə uçurtmaqla heç nədən qorxmadıqlarını gösətrirlər. Bunları eşidəndə əsəbləşdim və böyük türk şairi Əhməd Cavadın «Qara dəniz» şeirinin son bəndini xatırladım. Həmin şeirdə Ə. Cavad yazırdı:
Dost elindən əsən yellər,
Mənə şeir… salam söylər.
Olsun bizim bütün ellər,
Qurban Türkün bayrağına…
Bütün bunlar bir daha göstərir ki, vaxtında ilanın başını vurub əzməsən, o, çox bəlalar gətirə bilər. Ona görə də Türkiyədə ölüm hökmü qanunləşməli, torpağa, Vətənə qarşı xəyanət etmiş, bölücülük yaradan şəxslər şəhərin, kəndin, bazarların görməli yerlərindən asılmalıdırlar ki, o, biri şəxslərə bu ibrət dərsi olsun. Əks təqdirdə isə Türkiyə bölücülərin qurbanına çevriləcəkdir.

