Fars mürtəce ideologiyasını yayan xain Azərbaycan türkləri

Gorun çatlasın, ay Mahmud Afşar

На изображении может находиться: 1 человек, сидит и на улице

Adamın soyadı mən türkəm deyib çığırır.

Amma di gəl ki, müasir Fars millətçiliyinin nəzəriyyəçisi, Paniranizm ideologiyasının ən görkəmli nümayəndələrindən biri idi.

Təsisçisi olduğu «Ayəndə» jurnalında yazırdı ki, «İran tarix boyu müxtəlif təhlükələrdən keçmişdi və indi də bu təhlükələrlə üz-üzədir.» O, bu təhlükələri belə sadalayırdı:

Qırmızı təhlükə: Kommunizm təhlükəsi.

Yaşıl təhlükə: Ərəb və İslam təhlükəsi.

Sarı təhlükə: Türk və Türkçülük təhlükəsi.

Qara təhlükə: Cəhalət və mollaların təhlükəsi.

Mahmud Avşarın Türklərlə bağlı təklifləri konkret və radikal idi:

Türk dili qadağan olunsun, onun müstəqil dil olmadığı və Azərbaycanda əvvəllər işlənmədiyi “elmi şəkildə” sübut edilsin.

Güney Azərbaycan ərazisi müxtəlif adlar altında parça-parça edilməklə, “Azərbaycan” adı unutdurulsun, əhali ölkənin farsdilli bölgələrinə köçürülüb assimilyasiya olunsun. Türkçə olan şəhər, qəsəbə, kənd adları dəyişdirilsin.

Türklüyü “sarı təhlükə” kimi xarakterizə edən Əfşar yazırdı: “Sarı təhlükə müvəqqəti təhlükə deyil, bütün İran mənşəli millətlər və xalqlar (iranlılar, əfqanlar, kürdlər, tatlar və taciklər) üçün bir növ ümummilli və daimi bir təhlükədir”.

Mahmud Əfşar tövsiyə edirdi ki, fars dilinin Azərbaycanda yayılması və möhkəmlənməsi üçün bütün vasitələrdən – radiodan, məktəbdən, qəzet, jurnal və kitablardan istifadə olunmalı, farsca çap məhsulları burada ucuz qiymətə satılmalı, hətta havayı paylanmalıdır.

İslam İnqilabından sonra dəyişən bir şey olmadı. Mahmud Əfşarın Fars millətçiliyi ideologiyası din və şəriət çətiri altında davam etdirildi.

Təsadüfi deyil ki, Güney Azərbaycan ərazisi parça-parça edilib 11 ostana bölündü və bu proses indi də davam etməkdədir.

******
Gorun çatlasın, ay Kəsrəvi

На изображении может находиться: 1 человек, очки, костюм и часть тела крупным планом

Rza Şah Pəhləvinin əmrinə amadə olub «Azəri, yaxud Azərbaycanın qədim dili» əsərini yazaraq Azərbüycan türklərinin türk yox, fars kökənli azəri adlı ayrı bir millət olduqları fikrini irəli sürəndə haradan biləydi ki, nə vaxtsa youtube deyilən bir şey olacaq və orada hər «azəri» sözünün altına bizim uşaqlar «azəri deyilik, Azərbaycan türküyük» yazacaqlar.

Sən ki, bizim uşaqlara bu qədər əziyyət vermisən, demək ki, goru çatlayası adam olmusan!

Əslində Əhməd Kəsrəvi milliyyətcə türkdür və Təbrizdəndir. Lakin nə yazıq ki, həm də ən böyük Türklük düşməni olub. Müasir Fars millətçiliyinin və Paniranizm ideologiyasının banilərindən biridir. Əsərlərində Azərbaycana xüsusi yer ayırsa da, məsələlərin izahında Fars millətçiliyi mövqeyindən yanaşaraq, İranda yaşayan türklərin (və digər xalqların) farslaşdırılması kimi mürtəce ideya irəli sürmüşdür. “Təmiz dil” (fars dili) hərəkatının ideya müəllifidir. Müdafiyə Nazirliyinin nəzdində Türkçə olan hərbi terminlərin farslaşdırılması ilə bağlı qurulan heyyətə bilavasitə özü rəhbərlik etmişdir. Senzura komissiyasının sədri olmuşdur.

Əhməd Kəsrəvi 1946-cı ildə «İslam fədailəri cəmiyyəti»nin üzvləri tərəfindən 27 bıçaq zərbəsi ilə öldürülmüşdur. İslam inqilabından sonra Xomeyni onun başqa bütün fikirlərinə qarşı olsa da tarixçi kimi təqdir etmiş, tezislərini dərs kitablarına saldırmış, Paniranizm və Fars millətçiliyi ideologiyasını başqa bir formada, din və məzhəb çətiri altında davam etdirmişdir.

На изображении может находиться: Orxan Cəbrayıl, сидит, офис и в помещении

Orxan Cəbrayıl

Bu xəbəri paylaşın: