Zelenski: «İndicə Baydenlə danışdım» … Yəqin Bayden, «qaç canını qurtar» deyib

Volodimir Zelenski ilə Cozef Bayden arasında telefon danışığı olub.

Bu barədə Volodimir Zelenskinin özü bildirib.

Zelenski ABŞ Prezidenti Cozef Baydenlə Rusiyaya qarşı sanksiyaları və müdafiə sahəsində Ukraynaya dəstəyi müzakirə etdiyini bildirib.

“İndicə ABŞ Prezidenti ilə danışdıq. Antirusiya sanksiyaları və Ukraynaya müdafiə dəstəyi məsələsində ABŞ rəhbərliyini müzakirə etdik”, – Zelenski tviterdə yazıb.

O, həmçinin Baydenə dəstəyə görə təşəkkür edib.

Amma bircə gün öncə dedi ki, «ABŞ prezidenti Co Bayden Rusiya ilə döyüşmək üçün ABŞ qoşunlarını Ukraynaya göndərməyəcək». Bunu bazar ertəsi jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Ağ Evin mətbuat katibi Cen Psaki Vaşinqtonun hansı senarilər əsasında güc tətbiq edə biləcəyi, bu vəziyyətdə “qırmızı xətlərin” nədən ibarət olduğu sualına cavab olaraq bildirib.

NATO-nun Baş katibi Yens Stoltenberq Rusiya Prezidenti Vladimir Putindən Ukraynadakı müharibəni dayandırmağı və qoşunlarını geri çəkməsini istəyib.


Stoltenberq Estoniyadakı Tapa Hərbi Bazasına səfəri zamanı Böyük Britaniyanın Baş naziri Boris Conson və Estoniyanın Baş naziri Kaja Kallas ilə birgə mətbuat konfransında belə deyib.


NATO Baş katibi alyansın son həftələrdə Şərqi Avropada varlığını gücləndirdiyini deyib. O, müttəfiqlik sazişinin 5-ci maddəsinə sadiqliklərinin sarsılmaz olduğunu vurğulayıb.


Stoltenberq NATO ərazisinin hər kvadrat santimetrini müdafiə edəcəklərini və qoruyacaqlarını bildirib: “NATO müdafiə ittifaqıdır. Biz Rusiya ilə münaqişəyə can atmırıq.

Prezident Putinə mesajımız budur: «Müharibəni dayandırın, bütün qüvvələri Ukraynadan çıxarın və xoş niyyətlə diplomatik səylərə qoşulun. Dünya sülh çağırışında Ukraynanın yanındadır”.


Amma bundan az əvvəl isə NATO-nun Baş katibi Yens Stoltenberq keçirdiyi mətbuat konfransında demişdi: “NATO Ukraynadakı toqquşmada tərəf tutmayacaq”. Yəqin cənab Stoltenberq dediyi bu sözləri unudub.


“Ora əsgər göndərməyəcəyik və hava məkanında təyyarələrimiz uçmayacaq”, — deyə vurğulamışdı.

Digər bir xəbərdə deyilir ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə Çinin xarici işlər naziri Van İ arasında telefon danışığı olub.


Bu məlumat Ukrayna Xarici İşlər Nazirliyinin facebook səhifəsində paylaşılıb.


Ukraynalı nazir çinli həmkarına Rusiyanın Ukraynaya qarşı silahlı “təcavüzünü inkişaf etidirməsi” barədə məlumat verib. O, Van İni Pekinlə Moskva arasındakı münasibətlərdən istifadə edərək Rusiyanı “Ukrayna xalqına qarşı silahlı təcavüzü dayandırmağa vadar etməyə” çağırıb.


Çinli nazir Ukraynanın ərazi bütövlüyü və suverenliyini təsdiqləyərək ikitərəfli münasibətlərin strateji xarakter daşıdığını qeyd edib. O, Dmitri Kulebanın əmin edib ki, Çin həm də BMT Təhlükəsizlik Şurasının üzvü olaraq Ukrayna torpağında müharibənin dayanması üçün bütün imkanlarından yararlanacaq.

Elnur Səlim

Bu xəbəri paylaşın: