Kiyev uğrunda döyüşlər gedir…

Rusiya Müdafiə Nazirliyi Kiyevdə Ukrayna Xüsusi Xidmət orqanlarının obyektlərinə və informasiya-psixoloji əməliyyatlar mərkəzinə zərbələr endirməyi planlaşdırdığını bəyan edib.


Rusiya Müdafiə Nazirliyi Kiyevdə  Baş İnformasiya Psixoloji Əməliyyatlar Mərkəzinin binasına və Ukrayna Təhlükəsizlik Xidmətinin obyektlərinə zərbələr endirəcəyini açıqlayıb.


Departament izah edib ki, Rusiya Ukraynada hərbi əməliyyatlara başlayandan bəri Rusiyanın dövlət qurumlarına informasiya hücumlarının sayı artıb, həmçinin rusları zəng edərək onları təhdid edirlər. 


Müdafiə Nazirliyinin məlumatına görə, bu hücumlar zamanı Kiyevdə yerləşən aparat-proqram komplekslərindən və rabitə vasitələrindən istifadə olunur. Bununla əlaqədar nazirlik adını çəkdiyi obyektlərə yüksək dəqiqlikli silahlardan zərbə endirmək qərarına gəlib.


Rusiya Müdafiə Nazirliyi bu binalarda işləyən vətəndaşlardan və yaxınlıqda yaşayan mülki şəxslərdən evlərini tərk etmələrini xahiş edib.

Rusiya Kiyevdəki televiziya qülləsini vurub,bu barədə «The Kyiv Independent” məlumat yayıb.


Bildirilib ki, Ukrayna televiziyaları bir neçə dəqiqə əvvəl yayımı dayandırıb.

Nəticədə beş nəfər ölüb, beş nəfər isə yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, hücumdan sonra televiziya qülləsinin ətrafından qatı duman yüksəldiyi görülüb.

Hücuma məruz qalan teleqüllə Kiyevin simvollarından sayılır və SSRİ dönəmində inşa olunub. Hündürlüyü 385 metrdir.

Hücumun şəhərdəki televiziya yayımını kəsməyə hesablandığı bildirilir.

Raket atəşi nəticəsinə ətrafda böyük dağıntılar əmələ gəlib.

Bu xəbəri paylaşın: