Paşinyan Azərbaycanla sülh sazişinin imzalanacağını bəyan etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanacağını bəyan edib.

O, bu barədə “Ermənistanın diplomatiya günü”nə həsr olunmuş tədbirdə deyib.

“Gündəlikdə regional kommunikasiyaların açılması, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası, həmçinin Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məsələləri var”, — Paşinyan bildirib.

Bu xəbəri paylaşın: