Ukraynada yaranmış vəziyyətlə əlaqədar ilk saatlardan başlayaraq həmsərhəd ölkələrlə danışıqlar aparılıb. Azərbaycan vətəndaşları Moldova, Polşa, Slovakiya, Rumıniya, Macarıstan istiqamətindən keçərək Ukraynanı tərk edə bilərlər. Onlar üçün viza rejimi ləğv edilib.
Bu sözləri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib. Onun sözlərinə görə, proses birbaşa Azərbaycan dövlət başçısı İlham Əliyevin nəzarətindədir:
“Bu gün 4-cü çarter reysi həyata keçiriləcək və 170-dən çox Azərbaycan vətəndaşı Azərbaycana gətiriləcək. Dünən Xarkovdan gələn qatarda isə 185 Türkiyə vətəndaşı da olub. Vətəndaşlarımız toplaşdıqca ölkəmizə Polşadan da çarter reysləri həyata keçiriləcək. Vətəndaşlarımızdan xahiş edirik ki, sərhədi keçdikdən sonra bu ölkədəki səfirliklə əlaqə saxlasınlar”.
