AVMVİB Astara rayon şöbəsinin sədri II qrup müharibə əlili Uğur İbrahimov vaxtsız sıralarımızı tərk etdi. Qəlbi Qarabağın azad edilməsi eşqiylə çırpınan döyüşçü qardaşımızın ölüm xəbəri hər kəsi sarsıtdı.
Müxtəlif cəbhələrdə qəhrəmanlıqla savaşmış Uğur İbrahimov «Qisas!» soraqlı bir savaş gözləyirdi. Amma zalım Fələk macal vermədi. Qarabağın azadlığını görmədən dünyadan nakam köçən döyüşçülərimizin sırasına qoşuldu.
AVMVİB -nin ictimai fəaliyyətində göstərdiyi xidmətlər Birliyin təsis etdiyi Xatirə medallarıyla təltif edilmişdi…
Məkanı cənnət olsun!
Qazilər ölməz, çüünki onlar da şəhidlərimizin qardaşlarıdır…
İmansız alçaqlardan, zəfər kimin həddinə?
Baxın gözlərimizə, gözdən deyildir o yaş.
Nədən ağlayayım ki, ölmədin ki, arkadaş
Öyməyəcəm mən səni, çünki öygü az sənə…
AVMVİB Rəhbərliyi Astara rayon şöbəsinin sədri Uğur İbrahimovun vəfatından üzüldüklərini bildirir, mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
Mərhum döyüşçümüz Astara rayonunda dəfn edilib və yas mərasimləri Astara rayonunda olacaqdır.
AVMVİB Mətbuat Xidməti


