AVMVİB sədrinin I müavini Kamil Şirinov dərin hüznlə daha bir müharibə veteranımızın dünyasını dəyişdiyini sosial şəbəkədə xəbər verdi:
«Azərbaycan Milli Ordusunun Birinci (Şixov) Batalyonunun əsgəri Mūşviq Yusifov qəfil ürək tutmasindan dūnyasını dəyişib.
Qarabağ deyə-deyə köçdū bu dūnyadan.
Allah sənə rəhmət eləsin, Qardaş! Məkanın cənnət olsun!»
Müharibə veteranı Müşviq Yusifov Qarabağ uğrunda döyüşlərə can atan könüllülərin sırasındaydı. Son Şuşa ilə bağlı bütün varlığıyla üsyan etdiyi deyilir. Qəlb bu rəzilliyə dözmədi. Qarabağ nisgilini qəlbinə kömmüşdü. Qəlb bu nisgilə dözmədi…
AVMVİB Rəhbərliyi müharibə veteranı Müşviq Yusifovun vəfatından kədərləndiklərini bildirir və mərhumun yaxınlarına, döyüş dostlarına dərin hüznlə başsağlığı verirlər.
Allah rəhmət eləsin!
Başın sağ olsun, Vətən!
Elnur Səlim

