Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xəzər rayon şöbəsi 8 mart Beynəlxalq Qadınlar günü münasibətiylə Gültəkin Şahmurad qızı Mustafayevanı AVMVİB-nin təsis etdiyi Xatirə medalıyla təltif edib.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xəzər rayon şöbəsinin sədri Rasət Tağıyev məlumat verib.

Rasət Tağıyev təltif münasibətiylə G. Mustafayevanı təbrik edərək, bildirdi ki, Vətənimizin müdafiəsində Azərbaycan qadınları daim öndə oldular. Ona görə də bu gün münasibətiylə xanım veteranımızı təltif etmək qərarına gəldik. Rayon şöbəsi üzvləri adından Gültəkin Mustafayevanı təbrik edirik.
Təltif mərasimində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xəzər rayon şöbəsinin üzvləri iştirak ediblər.
Elnur Səlim
