Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsi veteranları şəhidlərimizlə bağlı silsilə tədbirləri davam etdiriblər.
Xocavənd rayonu Tuğ kəndində anadan olmuş şəhid Məzahir Niyaz oğlu Göyüşovun doğum günü məzarı başında qeyd edilib. Mərasimdə Xocavənd rayon İcra Hakimiyyətinin Başçısı Eyvaz Hüseynov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, AVMVİB Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov, şəhidin yaxınları, müharibə veteranarı və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhid Məzahir Niyaz oğlu Göyüşov 7 mart 1992-ci ildə Xocavənd rayonunun Tuğ kəndində anadan olub. 44 günlük Vətən müharibəsində Füzuli və Cəbrayıl rayonlarının azad edilməsi uğrunda döyüşlərdə qəhrəmanlıq göstərib. Tankçı kimi bir sıra tapşırıqları yerinə yetirib və 30 sentyabr 2020-ci ildə şəhid olub. Ölümündən sonra «Cəsur döyüşçü», «İgidliyə görə», «Füzulinin azad edilməsinə görə» və «Cəbrayılın azad edilməsinə görə» medallarıyla təltif edilib. Məzrı Xocavənd rayonunun Şəhidlər Xiyabanındadır. Yağmur adlı bir övladı yadigar qalıb.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov bildirdi ki, rayon rəhbərliyi, daim şəhidlərimizin Anım və ad günü mərasimlərində iştirak edir, şəhid ailələrinin problemləriylə maraqlanır. Bu gün də belə tədbirlərdən biridir və rayonumuzun İcra Hakimiyyətinin Başçısı Eyvaz Həsənov, rayonun icra hakimiyyəti nümayəndələri tədbirdə iştirak edirlər.

Şəhidin məzarı üzərinə güllər qoyuldu və ruhuna dualar oxundu.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov AVMVİB sədri Füzuli Rzaquliyevin adından şəhidin ailə üzvlərinə başsağlığı vermiş və şəhid Məzahir Göyüşovu ölümündən sonra AVMVİB-nin təsis etdiyi Xatirə medalıyla təltif etmişlər.
Məkanı cənnət olsun!
Elçin Qədirov
Qarabağ üzrə müxbir, Xocavənd








