NAZARBAYEV TÜRKİYƏDƏDİR

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev diplomatik forumda iştirak etmək üçün Antalyaya gəlib.

Bu barədə Nazarbayevin mətbuat katibi Aidos Ukibay məlumat verib.

“Türkiyə Respublikasının Prezidenti Rəcəb Ərdoğanın dəvəti ilə Elbası Diplomatik Forumda iştirak etmək üçün Antalyaya gəlib”, — Aydos Ukibay Twitter səhifəsində bildirib.

Antalya Diplomatik Forumu aktual qlobal və regional problemlərə dair fikir mübadiləsi üçün müzakirə platformasıdır. Bu forum “Diplomatiyanın yenidən şifrələnməsi” devizi altında keçiriləcək.

“Anadolu” agentliyinin məlumatına görə, diplomatik forum çərçivəsində Antalyada Türkiyə, Ukrayna və Rusiya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və Rusiyanın xarici işlər naziri Sergey Lavrov martın 10-da Antalyada Türkiyə diplomatiyasının rəhbəri Mövlud Çavuşoğlunun iştirakı ilə görüşəcək.

Qeyd olunur ki, bu, Rusiya Silahlı Qüvvələrinin Ukraynada hərbi əməliyyatlara başlamasından sonra iki ölkənin xarici işlər nazirliklərinin rəhbərləri arasında ilk danışıqlar olacaq.

Mənbə: Qafqaz.media

Bu xəbəri paylaşın: