AVMVİB Şamaxı rayon şöbəsi təltif etdi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Şamaxı rayon şöbəsi Bakı şəhəri «Dinamo» İdman Cəmiyyətinin sədri polis polkovniki Zemfira Mehdiəfəndiyeva və polis polkovniki Zakir Kazımovu AVMVİB-nin təsis etdiyi Xatirə medalıyla təltif edib.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Şamaxı rayon şöbəsinnin sədri Fuad Samiyev məlumat verib.


Fuad Samiyev, təltif olunan Z. Mehdiəfəndiyeva və Z. Kazımovu təbrik edərək bildirdi ki, onlar daim müharibə iştirakçılarına diqqət və qayğıyla yanaşırlar. Ona görə də bu şəxsləri AVMVİB Şamaxı rayon şöbəsi adından təltif etmək qərarına gəldik və hər ikisini veteranlar adından təbrik edirik.


Elnur Səlim

Bu xəbəri paylaşın: