Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) üzvü İlkin Rzaquliyev və döyüş dostlarından örnək addım olaraq döyüş dostlarının əmanə qalan ailələrinə 8 Mart Beynəlxalq Qadınlar günü ilə əlaqədar baş çəkiblər.
Döyüşçülər şəhid dostlarının məzarlarını ziyarət etmiş, gül qoyaraq dualar etmiş və onların ailələrinə baş çəkmişlər. Şəhid Xaqani Əasgərovun, şəhid İbrahim Hüseynli, şəhid Elvin Abasovun, şəhid Kənan Məmmədovun, şəhid Mehdi Fərzullazadənin məzarları ziyarət edilmiş və ailələri ilə görüşərək öz vəfa borclarını yerinə yetirmişlər. Daha iki şəhidin — Qara Nəsirov və Vahid Əlisoltanovun evlərinə isə hədiyyə göndərmişlər.
Bu barədə məlumat verən İlkin Rzaquliyev bildirdi ki, şəhidlərimiz unudulmamalıdır. Xüsusən də çiyin-çiyinə döyüşənlər bu işdə bir örnək olmalıdırlar. Çünki şəhidlər Vətənin, millətin yolunda şüurlu surətdə öz canlarından keçən insanlardır. Bu cür insanlar yüksək əxlaqi keyfiyyətlərə malik olmaqla, qəlblərində Vətənə, millətə sevgi olduğu üçün şəhidlik mərtəbəsinə ucalmışlar. Bu mərtəbəyə yalnız müqəddəs amalları uğrunda çarpışan, qorxu nədir bilməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər. Vətənimizin hər qarış torpağı üçün canından keçən qeyrətli oğullarımız, qızlarımız babalardan miras qalan torpaqlar uğrunda oğlunu, qızını şəhid verən xalqımızın başını uca tutmağa, qürur hissi keçirməyə tam mənəvi haqqı vardır. Bu şərəfli duruma görə şəhidlərimizə borcluyuq.
Allah şəhidlərimizə rəhmət eləsin!
Elnur Səlim









