Yüksək peşəkarlığı və humanistliyi, nəzəri və praktiki biliyi, işgüzarlığı və mənəvi keyfiyyəti, dəqiqliyi və təmkinliyi, sadəliyi və səmimiyyəti, təcavüzkarlığı və vətənpərvərliyi ilə seçilən ömrünün 35 ildən çox şərəfli xidməti yolunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müxtəlif vəzifələrdə keçirmiş Silahlı Qüvvələr və Müharibə Veteranı, ehtiyatda olan polkovnik Şamxalov Mehralı Saleh oğlunun mart ayının 10 — da onun 65- yaşı tamam olur.
Azərbaycan Vətən Müharibəsi Veteranlari İctimai Birliyinin rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev Silahlı Qüvvələr və Müharibə Veteranı ehtiyatda olan polkovnik Şamxalov Mehralı Saleh oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Arzu edirik ki, Mehralı Saleh oğlu Şamxalovun yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.Amin!
Polkovnik Şamxalov Mehralı Saleh oğlu 10 mart 1957 -ci ildə Azərbaycan Respublikasının Zaqatala rayonun Köhnə Suvagil kəndində anadan olub.
1974 -cü ildə Zaqatala rayonunun Yeni Suvagil kənd orta məktəbini, 1984 -cü ildə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının LKGİ-nin 60 iliyi adına Sankt-Peterburq ( Leninqrad) Ali Hərbi Siyasi məktəbini bitirib. O,.Daxili Qoşunlarda müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində bir çox metodiki — təlim toplanışlarda, təlimlərdə, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
Polkovnik Mehralı Şamxalov 1975-1977-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Perm Vilayətinin Soliqansk şəhərində yerləşən hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə manqa komandiri, 1977- 1991-ci illərdə isə nəzarətçi, taqım komandiri, böluk komandirinin müavini vəzifələrində olub.
1992- 2010- cu illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Hacıqabul və Nərimanov rayonlarında yerləşən hərbi hissələrdə Nizami hissə rəisi, Döyüş Hazırlığı bölməsinin rəisi, Daxili Qoşunların Bas İdarəsində isə Tərbiyə bölməsində, Təşkilat — komplektləşdirmə şöbəsində və Döyüş Hazırlığı İdarəsində baş zabit, Təşkilat — komplektləşdirmə şöbəsinin rəisi vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.
1992-1984-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Ağdərə, Ağdam və Füzuli rayonları istiqamətlərində) gedən döyüşlərdə fəal iştirak edib.Mehralı Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində işinə məsuliyyətlə yanaşıb,peşəsini sevərək çalışıb.
O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın, hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcdə vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.
Azərbaycan Respublikasınında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə və yaşayış məntəqələrində, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində
Fövqalədə vəziyyət zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Döyüş hazırlığındakı əla göstəricilərə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində və döyüş növbəsində xüsusi fəriqləndiyinə, şücaət və fədakarlıq göstərdiyinə görə SSRİ Ali Soveti adından, Azərbaycan Respublikası Prezidenti adından Daxili İşlər Nazirinin müvafiq əmrləri ilə Silahlı Qüvvələr Veteranı, Qüsursuz Xidmətlərə görə 1-ci, 2-c və 3 dərəcəli , Silahlı Qüvvələrin yaranmasının isə 10-illiyi, 70-iliyi və 90-illyi yubiley medalları ilə təltif olunub.
Azərbaycan Respublika Prezidentinin 6 may 2005 -ci il tarixli 803 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsində, hərbi borcu, xidməti vəzifə vəzifələrini və xüsusi tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və cəsarət göstərdiyinə görə «Hərbi Xidmətlərə Görə » medalı ilə təltif edilib.
ÖMRUN UZUN, ÜRƏYİN MÖHKƏM, GÖZLƏRİN İŞİQLI OLSUN, MEHRALI MÜƏLLİM …
Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev



