İnsan üçün ən yadda qalan günlərdən başlıcası onun həyata gəldiyi gündür. Belə insanlardan biridə Müharibə Veteranı, ehtiyatda olan kapitan Səttarov Mahir Mikayıl oğludur. Mart ayının 10 — da onun 49 yaşı tamam olur.
Arzu edirik ki, Mahir Səttarovun yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədir müavini polkovnik Salman Musayev Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Xətai rayon şöbəsinin üzvü ehtiyatda olan kapitan Səttarov Mahir Mikayıl oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, həyatda insanın üçün ən şirin neymət olan möhkəm cansağlığı, ailə sədəti və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
AVMVIB-nin üzüvü ehtiyatda olan kapitan Səttarov Mahir Mikayıl oğlu 10.03 1973-cü ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub.
1981-ci ildə Xətai rayon 261 saylı orta məktəbi, 1995-ci ildə Bakı Plan-İqtisad Texnikumunun təftişçi fakultəsini, 1999-cu ildə Azərbaycan Respublikası DİN Daxili Qoşunların 25035 saylı hərbi hissəsində Zabitlərin təhkimləşdirmə (ixtisas artırma) kursunu «əla» qiymətlərlə bitirib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş idarəsində və hərbi hissələrində keçirilən bir çox metodiki — təlim toplanışlarlarda, təlimlərdə, seminar və konfranslarda iştirak edib.
«Hərbi Xidməti keçmə Haqqında» əsasnamənin müvafiq maddəsinə əsasən 1999-cu ildə Səttarov Mahir Mikayıl oğluna Azərbaycan Respublikası Daxili İşlər Nazirinin əmrinə əsasən ilkin kiçik leytenant hərbi rütbəsi verilib.
1994-2012-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin və hərbi hissələrində qərargah rəisinin köməkçisi, inzibati hissə rəisi, inzibati bölmə rəisi, qərargah rəisinin şəxsi heyətin uçotu üzrə köməkçisi, qərargah rəisinin şəxsi heyətin qeydiyyatı üzrə köməkçisi vəzifələrində Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.
Peşəkarlığı və humanistliyi ilə seçilən ömrünün ən məhsuldar dövrünün 21 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə keçirib.

Mahir Mikayıl oğlu Səttarov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində xidmətdə olan zaman Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Ağdam, Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə kimi fəal iştirak edib.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın, hərbi nizamnamələrin və digər hüquqi-normativ aktların tələblərinə, eləcə də vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə və yaşayış məntəqələrində baş vermiş ixtisasların qarşısının alınmasında, Fövqaladə vəziyət zamanı hüquqi rejim qaydalarına əməl olunmasında və Azərbaycanın ərazi bütövlüyün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, saxavətli, insapərvər, əli açıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kolektivlərdə, dost -tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə yubiley nisanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Döyüş hazırlığındakı əla göstəricilərə, təlimlərdə, xüsusi döyüş əməliyyatlarında, döyüş xidmətində və döyüş növbəsində xüsusi fərqləndiyinə, şücaət və igidlik göstərməyə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirinin müvafiq əmrləri «Qüsursuz xidmətlərə görə 1-ci, 2-ci və 3-cü dərəcəli, Silahlı Qüvvələrin yaranmasının isə 10-iliyi və 90-iliyi yubiley medalları ilə təltif edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, MAHİR BƏY!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN! HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN! BÜTÜN ARZULARIN ÇİN OLSUN! DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev




