Ukrayna — Rusiya müharibəsi: İtkilər artır…

Ümumiyyətlə tərəflərin itkilər haqqında məlumatları reallığı əks etdirməkdən daha çox informasiya savaşının psixoloji mərhələsi üçün hesablanıb. Çünki döyüşlər gedən ərazilərdə itkilərin sayılması mümkün deyil və ortada olan rəqəmlər manipulyasiya üçün elan edilmiş rəqmlərdir.

RUSİYA: Ukraynada xüsusi əməliyyat başlayandan bu günə kimi Rusiya Silahlı Qüvvələri Ukraynada 2900-dən çox hərbi infrastruktur obyektini məhv edildiyini Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi general-mayor İqor Konaşenkov bildirib.

Onun sözlərinə görə, Ukraynanın hərbi infrastrukturuna zərbələr davam edir.

«Əməliyyat zamanı ümumilikdə Ukraynanın 2911 hərbi infrastruktur obyekti məhv edilib. Onlar arasında 97 təyyarə, 107 pilotsuz uçuş aparatı, 141 hava hücumundan müdafiə sistemləri və zenit-raket kompleksi, 86 radiolakasiya stansiyası postu, 986 tank və digər zirehli döyüş maşını, 107 reaktiv yaylım atəşi sistemi, 368 artilleriya və minaatan qurğusu, 749 ədəd xüsusi təyinatlı hərbi maşın var”, — Rusiya MN sözçüsü qeyd edib.

UKRAYNA: Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı facebookda yaydığı məlumatda bildirilib ki, indiyədək 12 000-dən çox hərbçi zərərsizləşdirilib.


Bundan başqa, hücum edən tərəfin 49 təyyarə, 81 helikopter, 335 tank, 1 105 zirehli döyüş maşını, 123 artilleriya qurğusu, 29 hava hücumundan müdafiə sistemi, 56 reaktiv yaylım atəş sistemi, 60 yanacaq sisterni, 7 PUA, 3 qayıq, 526 avtomobil texnikası məhv edilib.


«Məlumatlar daha dəqiq olur. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir”, — deyə məlumatda vurğulanıb.

Bu xəbəri paylaşın: