Görüş öncəsi görüş: Çavuşoğlu Lavrovla görüşdü

Antalyada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və rusiyalı həmkarı Sergey Lavrov arasında görüş baş tutub.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu öz tvitter səfifəsində faktla bağlı paylaşım edib:

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə Antalyada Rusiya və Ukrayna xarici işlər nazirləri Sergey Lavrov və Dmitri Kulebanın görüşü başlayıb, Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Telegram kanalında bildirib. Görüş Türkiyə tərəfinin təşəbbüsü ilə təşkil olunub.

Danışıqların təşkili ilə tanış olan TASS mənbəsinin sözlərinə görə, bu görüş 90 dəqiqə davam edə bilər. Bundan sonra Rusiya və Ukrayna xarici işlər nazirlərinin iki ayrı mətbuat konfransı keçiriləcək. Bundan əvvəl Kuleba Lavrovla danışıqlarda müzakirə olunacaq üç mövzunun adını çəkmişdi — atəşkəs, ərazilərin azad edilməsi və humanitar məsələlərin həlli.

Bu xəbəri paylaşın: