Dağlıq Qarabağ: Gündəmdə olmayan həqiqətlər — Faiq İsmayılov (+FOTOLAR)

1988-ci ildə Sovet İmperiyanı yaşatmaq üçün, SSRİ ideoloqları tərəfindən düşünülmüş şəkildə yaradılan Dağlıq Qarabağ problemi, Kreml rəhbərləri tərəfindən ssenariləşdirilərək həyata keçirildi. Qarabağda ruslar tərəfindən imperiyanın saxlanması üçün yaradılan bu etnik münaqişə, nəinki SSRİ-nin dağılma prosesinin qarşısını ala bilmədi, hətta dağılma prosesini daha da sürətləndirdi. Ermənistan Respublikasından vasitə kimi istifadə edən Rusiya, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi üçün ciddi hərbi və maliyyə yardımı etdi.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk illərində bu problem beynəlxalq ictimaiyyətin ciddi reakssiyasına səbəb olmadı. Çünki, bu münaqişə SSRİ-nin dağılması prosesini sürətləndirən amillərdən biri olduğuna görə, onun aradan qaldırılması Sovet İmperiyasının daxilində gedən dağıdıcı proseslərə mane ola bilərdi. Bu səbəbdən Beynəlxalq ictimaiyyət, bu problemin həll edilməsinə ciddi reaksiya vermədi.

Sovet İmperiyasının dağılması prosesesibdən istifadə edən Ermənistan, məskunlaşdığı əraziləri genişləndirmək üçün, Azərbaycana qarşı illər boyu daxilində gizlətdiyi ərazi iddialarını açıq şəkildə büruzə verdi. Ermənilərin bu istəyinə Rusiya açıq şəkildə dəstək verdi. Ermənistanın Azərbaycana qarşı bu təcavüzkar siyasəti Ermənistanın daxilində etnik münaqişələri daha da alovlandırdı. Beləki, 1988 – ci ildən Ermənistan ərazisində yaşayan azərbaycanlılara və müsəlman kürdlərinə qarşı etnik təmizləmə siyasətini həyata keçirməyə başladılar və qısa zaman ərzində 280 mindən çox azərbaycanlını və kürd öz dədə-baba torpaqlarından qovdular.


1988-ci ilin 1dekabrında Ermənistan SSR Ali Soveti Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi barədə qərar qəbul etdi. Bundan az sonra isə Ermənistanın dövlət müstəqilliyi aktında Dağlıq Qarabağı Ermənistanın ərazisi elan etdi. Bununla da Ermənistan, beynəlxalq hüququn əsas norma və prinsiplərini pozaraq, Ermənistan Respublikasının Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialarını dövlət səviyyəsində rəsmləşdirdi. Ermənistan hökuumətinin bu qərarı, Ermənistanla Azərbaycan arasıbda sonu məlum olmayan silahlı münaqişəyə səbəb oldu.

1992-ci ildə Ermənistanın və Rusiyanın hərbi birləşmələri, Azərbaycan ərazilərində Dağlıq Qarabağda daxil olmaqla Azərbaycanın 20% torpaqlarını işğal etdilər. Rusiya və Ermənistan birliyinin bu hərbi təcavüzü nəticəsində 1992/93-cü illər ərzində, 20 min nəfər azərbaycanlı həlak oldu, 100 min nəfər yaralandı, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil oldu, 4499 nəfər itkin düşdü, bir milyon 200 min 450 nəfər Azərbaycan vətəndaşı öz ölkələrində qaçqına, məcburi köçkünə çevrildilər.

Bu münaqişə nəticəsində Azərbaycan xalqına qarşı ən dəhşətli cinayətlərdən biri Xocalı şəhərində xüsusi qəddarlıqla törədilmiş faciə oldu. Xocalı faciəsi Xatın və Lidise soyqırımları kimi insanlıq tarixinə düşmüş qanlı olaydır. Belə ki, 1992-ci il fevralm 25-dən 26-a keçən gecə SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alaymın şəxsi heyətinin və texnikasınm bilavasitə iştirakı ilə həyata keçirilmişdir. Xocalınm işğalı zamanı bir gecədə dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürülmüş, insanlarm başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadmlarm qannları süngü ilə deşik-deşik edilmişdir. Qanlı aksiya zamanı 1275 insan əsir götürülmüş, 150 insan itkin düşmüş, 487 insan şikəst olmuşdur. Onlardan 76-sı həddi-buluğa çatmamışlardır. Kütləvi qırğınlar zamanı 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirmişdir, 56 insan işgəncələr verilərək öldürülmüşdür. Xocalı şəhəri tamamilə məhv edildi.

Müharibə Azərbaycanın iqtisadiyyatı, sənayesi, kənd təsərrüfatı sosial obyektləri ilə yanaşı onun mədəni dəyərlərinin də mövcudluğuna ciddi ziyan vurdu. Burada söhbət Azərbaycan, Ermənistan, Dağlıq Qarabağ münaqişəsi zamanı, müharibə qurbanlarına çevrilən 5 milyondan çox mədəni irsin faciəli taleyindən gedir.

Beləki, Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1510 Mədəniyyət müəsisəsi; O cümlədən; 365 Klub, 761 Kitabxana, 193 Mədəniyyət evi tamamilə dağıdılaraq məhv edildi.

«Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında» 1954-cü il tarixli Haaqa Konvensiyasının müddəalarına zidd olaraq, Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərindən, 2645 tarix və mədəniyyət abidəsini, o cümlədən 1814 memarlıq abidəsinin, 747 arxeoloji abidənin, 64 bağ-park monumental və xatirə abidələri və s. Bu abidələrin bir qismini düşünülmüş şəkildə dağıdılaraq məhv etdilər, digər bir qismini isə (xüsusən xristianlıq dövrü abidələri) təmir edtmək bəhanəsi ilə mənimsənildi. Beləki faktiki olaraq bərpa etmək bəhanəsi ilə Qafqaz Albaniyası dövrü xristian abidələrinin tarixlərini dəyişdirməklə onların ermənilərə məxsusluğu barədə uydurma təbliğat aprmağa başladılar.

Ermənistan Respublikasının işğalı altında olan Azərbaycan ərazilərindən ermənilər, 23 muzey, 4 Dövlət Rəsm Qalareyasını dağıdaraq oradan, 102 757 muzey eksponatları, 376 rəsm əsəri; Bundan başqa 4,6 milyon kitab, 13 arxiv, 260 000 arxivləşdirilmiş sənəd, 50 000 ədədən çox vətəndaşların şəxsi kolleksiyalarında saxlanan tarixi əhəmiyyətli xalı, fərməş, palaz, xurcun, tikmə, kəmər, məişət əşyalarının bir qismi ermənilər tərəfindən məhv edildi, digər bir qismi isə qənimət kimi ələ keçirilərək Ermənistan Respublikasına oradan da 3-cü ölkələrə daşıdılar.

Bu əməli ilə Ermənistan Respublikası, “Mədəni dəyərlərin qeyri-qanuni yolla gətirilməsinin, aparılmasının və mülkiyyət hüququnun verilməsinin qadağan edilməsi və qarşısının alınmasına yönəlmiş tədbirlər haqqında” 1970-ci il Paris Konvensiyası və “Oğurlanmış və qeyri-qanuni yolla ölkədən çıxarılmış mədəni dəyərlər haqqında” 1995-ci il Konvensiyasıda təsbit edilən müddəalarını pozmuşdur.

Dağlıq Qarabağ inzibati ərazi vahidi ləğv edildi.


1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi ləğv olundu. Həmin gün müstəqil Azərbaycanın parlamentinin qərarı ilə həm 1923-cü il iyulun 7-də Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin qəbul etdiyi dekret, həm də 1981-ci il iyunun 16-da Azərbaycan SSR Ali Sovetinin qəbul etdiyi «Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında» qanun qüvvədən salınıb və Dağlıq Qarabağ ərazisi Ağdam, Xocavənd, Tərtər, Goranboy, Şuşa və Kəlbəcər inzibati rayonları arasında bölüşdürüldü.
Faktiki olaraq indi haqqında gen bol söhbət açdığımız Dağlıq Qarabağ ərazisi hüquqi baxımdan Azərbaycanda mövcud deyil. Azərbaycanda mövcud olan Ermənistanın işğalı altında olan 20% torpaqlarıdır ki, keçmiş Dağlıq Qarabağ əraziləri də ona daxildir. Ona görə də millət vəkili Qüdrət Həsənquluyevin səsləndirdiyi “işğal olunmuş ərazilər haqqında qanun layihəsi” barədə təlifi bu gün aktuallıq kəsb edir. Çünki Azərbaycanın İşğal Altındakı əraziləri qanunla tənzimlənərsə bu ərazilərin inzibati bölgüsünə də müsbət təsir göstərə bilər. Bu qanunun hazırlanmasında qonşu Gürcüstanın təcrübəsindən də yararlanmaq olar.
Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 nömrəli Qərarına əsasən Ağdərə rayonu ləğv edilmişdir. Ləğv edilmiş Ağdərə rayonunun


• Xatınbəyli, Qazançı, Manikli, Baş Güneypəyə, Orta Güneypəyə, Sırxavənd, Yeni Qaralar, Kiçan kəndləri və onlara məxsus torpaq sahələri Ağdam rayonunun;


• Çərəktar, Qozlu, Kotavan, Yuxarı Oratağ, Qızılqaya, Yayıcı, Dəvədaşı, Drmbon, Çıldıran, Mehmana, Dovşanlı, Həyat, Bazarkənd, Şahmansurlu, Vəngli, Çormanlı, İmarət Qərvənd, Zardaxaç, Çapar, Həsənriz, Narınclar, Damğalı, Kolatağ kəndləri və onlara məxsus torpaq sahələri Kəlbəcər rayonunun;


• Ağdərə şəhəri, Umudlu, Zəylik, Ulu Qarabəy, Kiçik Qarabəy, Ağabəyyalı, Çardaqlı, Lüləsaz, Miqrelalay, Aşağı Oratağ, Qasapet, Canyataq, Dəmirli, Gülyataq, Talış, Seysulan, Madaqiz kəndləri və onlara məxsus torpaq sahələri Tərtər rayonunun inzibati tərkibinə verilmişdir

Bu bölgü bəzi problemlər yaratmışdır beləki, keçmiş Ağdərə rayonunun inzibati yaşayış məntəqələrinin bir çoxu o cümlədən Ağdərə şəhəri, Ağdam, Kəlbəcər və Tərtər rayonlarının heç birinin rəsmi siyahılarında yer almırlar. Odur ki, olanımıza vaxtında sahib çıxmalıyıq. Əgər sahib çıxa bilməsək, böyük itkilərlə üzləşəcəyik.


Faiq İsmayılov

Bu xəbəri paylaşın: