Rusiya rəhbərliyi Aİ və digər Qərb müttəfiqlərinin Moskvanın maliyyəsi üçün mühüm əhəmiyyət kəsb edən Rusiya nefti, qazı və kömürünün idxalından nə qədər sürətlə uzaqlaşdıqları ilə bağlı panika əlamətləri nümayiş etdirir.
Qaynarinfo Politico-ya istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolz sammitdə Aİ liderlərinə deyib.
Nəşrin məlumatına görə, Şolz bağlı qapılar arxasında Aİ liderləri qarşısında çıxışında etiraf edib ki, Avropanın Rusiyadan enerji təchizatından tamamilə müstəqil olması üçün beş ilə qədər vaxt lazım ola bilər.
Şolzun bu şərhləri vitse-kansler və iqtisadiyyat naziri Robert Habekin Berlində jurnalistlərə alman enerji şirkətlərinin Rusiya neft və kömür təchizatçıları ilə müqavilələrini «ildırım sürətiylə» ləğv etdiyini, yəni Almaniyanın demək olar ki, Rusiya nefti və kömürünün idxalından 2022-ci ilin sonua kimi qurtulmasının lazım olduğunu söyləməsindən bir neçə saat sonra gəlib.
Bununla belə, qaz məsələsində bu, ən azı 2024-cü ilin ortalarına qədər daha uzun vaxt aparacaq, — Habek bildirib.Bundan bir qədər əvvəl Almaniya kansleri Aİ-nin Rusiyadan enerji idxalına dərhal qadağa qoymasını rədd edərək, bunun Avropaya Rusiyadan daha çox zərbə vuracağını deyib və Almaniyanın Rusiyadan enerji təchizatından asılılığını «mümkün qədər tez” azaltmaq üçün əlindən gələni etdiyini bildirib.
Xatırladaq ki, Xabek Rusiyanın «qeyri-dost” elan edilmiş ölkələrin qazın pulunu rublla ödəməsini tələbinin müqaviləyə zidd olduğunu bildirib.
