Son günlər erməni separatizminin və revanşistlərinin baş qaldırması müşahidə olunur. Düşmənin informasiya cəbhəsində tam fəallaşmasını görməmək mümkün deyil.
Məsələyə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev münasibət bildirərək dedi:
— Otuz il ərzində Ermənistanın işğal etdiyi torpaqlarımızı 44 günlük müharibədə müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin düzgün siyasəti nəticəsində azad etdik. Düşmən qəhrəman ordumuz qarşısında diz çökərək kapitulyasiya aktına imza atdı və üçtərəfli bəyanat imzalandı. Lakin reallığı düzgün qiymətləndirməyən separatçılar bu şansdan yenə də öz çirkin əməllərini davam etdirmək üçün fürsət kimi istifadə etməyə çalışdığı gözümüz önündədir. Rusiyanın bir bandası var, başına da Andrey Volkov adlı bir yaramaz general qoyublar. Bunların işi üzüm plantasiyaları salmaq, əyyaşlıq etmək, terrorçu ünsürləri Qarabağdakə nəzarətsiz ərazilərə daşımaq və Azərbaycana məxsus mövqelərə atəş açılmasına göz yummaqdan ibarətdir. Erməni həyasızlığı ilə «Dağlıq Qarabağ respublikası» Ukraynadakı rus işğalçılarına yardım etdiyini» məlumat kimi yayırlar. Bu hərbi kontingent hələ yerləşdikləri ərazinin onları buraya soxan sənəddə bölgə «Dağlıq Qarabağ münaqişəsi bölgəsi» adlandığını belə bilmir. Bu yığnaq general Andrey Volkovun gəlişiylə başı pozuq quldur dəstəsinə çevrilib. Bu günədək bağlanmış sazişin bircə punktuna əməl etməyən bir bandanın bizim torpaqlarda qalmasına son qoyulmalıdır.

2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyanatın 4-cü bəndinə uyğun olaraq, bütün qanunsuz erməni silahlı birləşmələri tərksilah edilməli və ərazidən çıxarılmalıdır. Rusiya sülhməramlı kontingenti üçtərəfli bəyanatın bütün bəndlərinin, xüsusilə bu bəndin icrasını bu günə qədər təmin etməli idi. Rusiya sazişə əsasən kommunikasiyaları açmağı öhdəsinə götürsə də, Ermənistan qəti olaraq Zəngəzur dəhlizindən imtina etməkdədir. Biz təcili olaraq Laçın dəhlizini bağlamalı və ya ən azından öz nəzarət-buraxılış sistemimizi qurmalıyıq. Xarici yol infrastrukturları Volkovun təpəsinə dəysin, bunlar daxili yolların açılmasına səy göstərmirlər. Daxili yolların açılması çox vacibdir. Bir hərbçi kimi deyirəm ki, daxili logistika problemləri düşmənlərin hərbi müdaxiləsinə mane olmaqda bizi çətin duruma salmaq üçün düşünülüb. Rusiyanın buradakı qüvvələri Azərbaycan qoşunlarının yolsuzluq şəraitində manevrlər edə bilməməsini və bu imkanların məhdud olmasını ön xətdə döyüşən qüvvələrə, hətta ən zəruri materialları, o cümlədən quru ərzaq payını, yanacağı çatdırmağa imkanları məhdudlaşdırmaq üçün edib.

Rusiya öz xislətinə uyğun şəkildə vaxt qazanmağa çalışır. Guya əraziyə 50 min erməni köçürüb. Dəfələrlə yazmış və demişik ki, Yuxarı Qarabağda etnik azərbaycanlıların sayı 117 min nəfərdən artıqdır. Neçə nəfər köçürmüsünüz? Belə sülhməramlı yox, erməniməramlı olar. Bu məsələyə baxılmalıdır. Petisiyalar yolu ilə də olsa bunu ABŞ Konqresinə və beynəlxalq qurumlara çıxarmalıyıq. Bu ölkəmizə soxularaq heç bir iş görməyən, varlığı belə ölkəmiz üçün təhdid olan «sülhməramlıları» tezliklə qovmağa nail olmalıyıq. 25 min ermənini qorumaq üçün 117 min azərbaycanlının hüquqları niyə pozulmalıdır? Bunu həyata keçirmək əvəzinə, «(S)arsax-(S)arsax oynayırlar. Bu rus ordusunun tör-töküntüsü və Volkov separatçılarla iş birliyi içərisində senarilər qururlar. Erməni həyasızlığına dərhal ABŞ Dövlət Departamentindən reaksiya gəlir. Kaspirşik adlı ölü bir qurumun xortlama səsi gəlir. Bəs bu 30 ildə 800 şəhər və kənd tarimar ediləndə bu faşizm dəstəkçiləri harada idilər? Hələ də o xarabələr durur. O talanda erməni dəstəkçisi hər bir dövlətin öz payı var. Onlar törədilmiş qətl və soyqırımlarda iştirakçı olublar. ABŞ hələ də terrorçulara pul ayırır. Bu bir ayıbdır. Rus işğalına Ukraynada qarşı çıxan ABŞ Azərbaycanda dəstək verir.
Bir daha bildirmək istəyirəm ki, biz müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şəhidlərimizin qanı, qazilərimizin canı bahasına qazandığımız zəfəri tam və qəti qələbəyə çevirməyə borcluyuq. Bu tarixi şansı düzgün qiymətləndirməliyik. Qarabağ Azərbaycandır!..
Elnur Səlim
