
Xaqani Ədəboğlu
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mətbuat Xidmətinin rəhbəri
(Əvvəli: https://fedai.az/?p=65733)
«Ну что, сынок, помогли тебе твои ляхи?» (Ну що, синку, допомогли тобi твоi ляхи?) «Taras Bulba».
Amma ABŞ burada özünü guya hazırılıqsız olmasını manupulyasiya etdi və ətrafdakıları, Rusiyanı da buna inandırdı. İndi də bunu imitasiya edir və kimsənin Rusiya ilə döyüşməyəcəyini, həm öz adından, həm də NATO adından tez-tez bəyan edir. Amma unutmayın ki, ABŞ illərdir ki, bu varianta da hazırlıq görməkdəydi. Hazırda legionerləri göndərir, silah verir, maliyyələşdirir və s. Sizcə iştirak necə olur? Rusiya illərdir ki, «arsax müdafiə ordusu» pərdəsi arxasında gizlənərək torpaqlarımızı işğalda saxladığı kimi, ABŞ da USQ (Ukrayna Silahlı Qüvvələri) pərdəsi arxasından Rusiyanı bütün sahələrdə çökdürməyə qərar verib və bu şansı əldən verməyəcəyi görünməkdədir.
Diqqət edin. Amerika Kəşfiyyat və Analitik Mərkəzinin 2019-cu ildə dərc etdiyi hesabatda ABŞ Rusiyanı xaricdən və daxildən təsir edərək onu məhv etməyə hazırlaşması deyilirdi. ABŞ-ın Kəşfiyyat və Analitik mərkəzi Rand Corporation Amerika tərəfinin Rusiya Federasiyasını xaricdən və daxildən necə məhv edəcəyinə dair “Rusiyada gərginlik: Üstün mövqelərdə rəqabət” adlı hesabat dərc edib.
Xarici siyasətdə, portalın məlumatına görə, xüsusən keçmiş sovet respublikalarında gərginlik və münaqişələr yaratmaq, Suriyadakı terror təşkilatlarına dəstək vermək, həmçinin Rusiyanı silahlanma yarışına çəkmək planlaşdırılır.
Ölkənin daxili siyasətinə təsir etmək dövləti sarsıtmaq, müxalif siyasi qüvvələrə və mediaya dəstək verməklə inqilab təşkil etməkdən ibarətdir.
Bu hesabatın hər bir bəndi risklərin qiymətləndirilməsi və məqsədə nail olmaq ehtimalı ilə təhlil edilir.
Xatırladım ki, Rand Korporasiyası Pentaqon və Konqres üçün işləyir. O, Rusiyanın qarşısının alınması ilə bağlı hesabat dərc edərək, Rusiya Federasiyasını ABŞ-ın rəqabət üstünlüyü olan ərazilərdə və bölgələrdə rəqabətə məcbur etmək, habelə Moskvanı iqtisadi cəhətdən həddən artıq zəiflədilməsinə, rejimin daxili və beynəlxalq nüfuzunu itirməsinə məcbur etməyi məsləhət bilirdi.
Vaşinqtonun Rusiya daxilindəki daxili proseslərə təsir göstərməyə çalışması uzun müddətdir deyilib. Xüsusilə, ABŞ Rusiya Federasiyasında “demokratiyanın təşviqi” adı altında böyük məbləğdə vəsaitlər ayırıb. Ötən il Amerika Milli Demokratiya Fondu (NED, Rusiyada fəaliyyəti arzuolunmaz hesab edilən təşkilat) ölkədə ən azı 19 layihəni ümumilikdə təxminən 1,5 milyon dollara maliyyələşdirəcəyi bildirmişdi.
Bu plana əsasən, Rusiyanın qeyri-kommersiya təşkilatlarına “müstəqil xəbərlərin dərci”, “müstəqil araşdırmaların aparılması”, fəalların dəstəklənməsi, eləcə də ölkədəki siyasi proseslərə təsir üçün pul verilirdi.
Ayrılan vəsaitlərin təxminən üçdə biri media təşəbbüslərinə ayrılmışdı. Fond rusların siyasət, iqtisadiyyat və sosial hadisələrlə bağlı «müstəqil xəbərlərə» çıxışını artırmaq niyyətində olduğunu bildirib, qeyd edirdilər ki, materiallar “müstəqil reportaj” və rəy formasında müxtəlif internet saytlarında yerləşdirilməlidir.
2018-ci ildə digər ölkələrdə, o cümlədən Rusiyada bu iş üçün maliyyəni nəzərdə tutan qanun layihəsi Respublikaçılar Partiyasının üzvü Hal Rocers tərəfindən Konqresə təqdim edilmişdi.
“Bu qanuna uyğun olaraq ayrılan vəsait Rusiya Federasiyasında demokratiyanın dəstəklənməsi proqramlarının, o cümlədən internet azadlığının qorunması, o cümlədən demokratiya və qanunun aliliyinin dəstəklənməsi strategiyasının həyata keçirilməsi üçün istifadə oluna bilər”, — deyə qanun layihəsində deyilir.
Həmçinin ABŞ-ın 2015-ci ildə qəbul edilmiş “Ukraynaya dəstək haqqında” qanun adlanan qanunu qüvvədədir. Yəni Rusiyanın Ukraynaya müdaxiləsi ABŞ üçün heç də gözlənilməz sayılmamalıdır. Şəxsən bu müdaxiləni bir növ ABŞ-ın diqtəsiylə həyata keçirildiyini deyə bilərəm.
ABŞ Konqresinin Tədqiqat Xidməti Rusiyada “demokratiyanı təşviq etmək” işinin nəticələrini “depressiv” adlandıraraq, 2019-cu il yanvarın 4-də dövlət strukturunun saytında məlumat yaymışdı.
Lakin amerikalıların bu sahədə məğlubiyyətinin səbəblərinin ətraflı təhlili verilmədi, çünki orada göstərildiyi kimi, bunun üçün xüsusi bir araşdırmaya ehtiyac vardı.
ABŞ təkcə Rusiyada deyil, Ukraynada da “demokratiyanı təbliğ etməyə” çalışıb. 2014-cü ilin aprelində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland CNN telekanalına müsahibəsində bunu etiraf etmişdi. O, təsdiqləmişdi ki, Vaşinqton “Ukrayna xalqının daha güclü, daha demokratik hökumət istəklərini dəstəkləmək üçün” 5 milyard dollar ayırıb.
Eyni zamanda, onun sözlərinə görə, ABŞ “Maydanı dəstəkləmək üçün pul xərcləməyib”. O, bunu «spontan hərəkət» adlandırmışdı.
Bundan əvvəl media Nulandın Ukrayna ilə bağlı konfransdakı çıxışının videosunu yaymışdı və o, SSRİ-nin dağılmasından sonra ABŞ-ın Ukraynada demokratiyaya dəstək üçün 5 milyard dollar sərmayə qoyduğunu bildirmişdi.
Bu faktları sadalamaqda məqsədim bəzi məqamlara diqqətinizi cəlb etməkdi. Bütün anti Rusiya doktrin və planlarında xətt kimi keçən «Rusiyanın beynəlxalq aləmdə nüfuzdan salınması», «silahlanmada rəqabət yaradılması», «iqtisadi və maliyyə cəhətdən tənəzzül, «slavyanlar arasında bölücülük» və s. punktlar bu müdaxilənin nəticəsində asanlıqla həyata keçirilməkdədir.

Maliyyə sistemində SWIFT kodundan ayrılma, beynəlxalq qurumlardan Rusiyanın qovulması, neft və digər birjalarında Rusiyanın sıxışdırılması, hətta idman yarışlarında belə ruslara qarşı dözümsüzlük ifrat həddə çatdırılıb. Artıq bu siyasət dünyada rusofobiya ilə əvəzlənib. Bütün bu üsulların qısa vaxtda ölkə daxili proseslərə nüfuz edəcəyi qaçılmaz olacaqdır. İndi görürsünüzmü, Ukrayna ABŞ-ın vecinə deyil. Onun öz istəkləri var. Artıq bu mövqeni İraq əleyhinə, yaxud da Ben Laden əleyhinə kaolisiya oyunlarına bənzər bir üslubda davam etdirir. Kənarda qalanlara barmaq silkələyir. Sanksiyalarla hədələyir. Rusiyaya qarşı təhrikedici bəyanatlar verir. Bu günədək Ukraynaya yalançı yardımların artıq miqdarı trilyona yaxınlaşır. Hər bir region dövlətinin işlərinə, yürütdüyü siyasətə nüfuz etməyə çalışır. ABŞ-a bu tarixi şansı ona Rusiyanın nadanlığı verib. Hətta Zelenski Ukraynanın yarısını Rusiyaya versə belə bu savaş bitməyəcək. Onun və Putinin belə şansı yoxdur.
ABŞ ötən 30 gün ərzində bircə günahsız ukraynalının öldürülməsinin qarşısını alıbmı və ya buna cəhd edibmi? Bu olmayacaq.
ABŞ öz istəklərini yerinə yetirmək üçün Ukrayna kartından maksimum yararlanmağa çalışır. MKİ-nin hesabatından çıxarılan materiallara görə, Rusiya parçalanmış bir dövlət olacaq. Yəni, dünya elitasına (“Qızıl Elita”) daxil olan korporasiya və bankların sahiblərinin tam nəzarəti altında olan bir neçə Rusiya dövləti yaradılacaq.
Rusiya asılı və əsarətə düşəcək. Onun təbii sərvətləri Kölgə Hökumətin əlində olacaq. Ruslar qullara çevriləcək.
Bilgilərə görə, Rusiyaya, eləcə də ona ən yaxın olan Slavyan ölkələrinə qarşı gözlənilən zərbə vurulacaq. Rusiya ABŞ planını önləmək istəsə də onun digər bir layihəsinin — slavyanlararasında münaqişənin alovlanmasına start verib. Hətta bəzi analitiklər bunu Putinin ABŞ-ın gizli kadrı olması kimi şərh etməyə başlayıblar. ABŞ-a məxsus «Allen Dalles doktrinası», «Azadlıq doktrinası», “Postsovet məkanında geosiyasi plüralizm” doktrinası, «Paris Xartiyası», «ABŞ Müdafiə Nazirliyinin 1992-ci il fevral tarixli 13 saylı Direktivi», «Harvard Layihəsi», «Hyuston layihəsi», «Sionist layihə», «Barbaros Planı — 2» doktrin və digər lahiyələri nəzərdən keçirsək, baş verənlərə bir daha aydın olar. Yəni təsadüfi heç nə yoxdur.
Bu gün NATO-nun Ukrayna səmasını bağlamaması və Polşanın MİQ-lərini Ukraynaya ötürməməsi regionda hərbi zəifliyin bir göstəricisidir. Eyni müharibəni törədən Serbiyaya qarşı NATO-nun tutduğu mövqenin ortada olmaması, heç də bəzilərinin iddia etdiyi kimi ukraynalıların rusları təkbaşına məğlub etməsiylə, Moskvanı NATO-nun hücumuna məruz qaldıqlarına bəraət qazandırmaq imkanından məhrum etməklə, həmçinin eskalasiya üçün aşkar imkanlardan qaçmaqla bağlı deyil. Onsuz da ABŞ rabitə və kəşfiyyat məlumatlarını ötürür, Javelin, Stinger, TB2, dərman vasitələri, rabitə avadanlıqlarını cəbhəyə tədarük edir.
Danılmazdır ki, Ukrayna qüvvələri artıq Ukraynadan kənarda fəaliyyət göstərən NATO kəşfiyyatının məlumatlarından istifadə edir.
Elə bunun qarşısını almaq üçün Rusiya öz xislətinə uyğun olaraq yüksək dəqiqlikli silahlarını üzə çıxararaq ABŞ-a və NATO-ya gövdə göstərməyə çalışır. Ortada isə dağılan Ukrayna şəhərləri və günahsız ukraynalılardı. Məlum olan Ukraynanın «qarmağa taxılmış yem olması» ortadadır. Bu dağıntıları durdurmaq əvəzinə imperialist güclər Rusiya oliqarxlarının milyardlarına sahiblənmək üçün çarpışırlar. Avropaya məxsus neonasizm məlum hərbi gücləri deyil, bütünlükdə rus xalqını, hətta Tolstoyu, Dostoyevskini, Çexovu və s. günahkar elan edir. Bir ölkə dünyanın gözü qarşısında tar-mar edilir və parçalanır. Faktiki olaraq Türkiyədən başqa heç bir dövlət səmimi münasibət ortaya qoymur.
Rusiya yaxşı bilir ki, hərbi baxımdan qarşıya qoyduğu hədəfi əldə etsə belə, bu savaşda Rusiya qalib tərəf ola bilməyəcək. Qazandığı uğurun zərəri xeyrini üstələyəcək.


2010 
2014
Bu savaşda heç Ukraynanın da qələbə payı yoxdur. Ona görə də Qərbin və ABŞ-ın canfəşanlığı bu paya sahib çıxmaqla bağlıdır. Rusiyanın bu müharibədəki hücum istiqamətlərindən görünən odur ki, onun məqsədi Ukraynanı dənizdən mərhum etməyə yönəlib. Azov və Qara dənizə Ukraynanın çıxışları durmadan azalmaqdadır. Odessa artıq mühasirəyə düşə bilər və dənizdən hədəfə alınmış vəziyyətdədir. Sadəcə bu şəhərin raket hücumlarına məruz qalmamasının Rusiya hərbçilərinə yaxşı məlum olan bir səbəbi var. Bu şəhər əsasən katakombalar (yeraltı sərdabələr) üzərində salınmış bir şəhərdir. Bu şəhərin güclü atəşə tutulması domino effektli dağıntılara səbəb ola bilər ki, Rusiya bu vəhşətin altından qalxa bilməz. Lakin buna baxmayaraq ardıcıl olaraq təxribatçı reyd qrupları bu istiqamətdə pusquya salınaraq məhv edilməsi Rusiyanın məlum planından xəbər verir. Əməliyyatların gedişindən məlum olur ki, Rusiyaya Kiyev deyil, Qara dəniz və Azov dənizi lazımdır.
Gürcüstanın Abxaziya bölgəsinin işğalı da Qara dənizə çıxışla bağlı idi. Bu günlərdə Qazaxstan Trans Xəzər (Novorosiysk) boru xəttiylə bağlı «elan edilən» qəza, Avropanı qazla sınağa çəkilməsi və Qazaxstana da həddini bildirməsi kimi yozulmalıdır. Çünki eyni «qəza» Türkmənistan Rusiyaya satdığı qazın qiymətini (cəmi 40 dollardan alır) qaldırmağı tələb edərkən də baş vermişdi. Bu günlərdə dövrəyə Qara dənizə minaların olması xəbəri buraxıldı. Məsələyə reaksiya verən Türkiyə rəsmiləri bununla bağlı araşdırmalara başladığını elan etdi. Hələlik fakt təsdiqini tapmasa da bu da Rusiyanın Qara dənizə tam sahiblənmək istəyinin olduğunu sübut edən bir fakt sayılmalıdır.
Türkiyə tərəfindən Qara dənizdə qaz yataqlarının tapılması buraya diqqəti artırdı. 2014-cü ildə Rusiyanın Krım Muxtariyyətini ilhaq etməsindən əvvəl, Ukrayna dayaz şimal-qərb şelfində qaz hasilatının artırılmasında müəyyən irəliləyiş əldə etmişdi. 2013-cü ildə hasilat 1,65 milyard kubmetrə qədər artmışdı. 2015-ci ildə hasilat 3 milyard kubmetrə çatmalı idi. Ən azı 35 milyard m3 təbii qaz ehtiyatı olan Odessa və Bezymyannoye yataqlarının işlənməsinin başa çatması ilə əlaqədar o dövrdə «Çernomornefteqaz» PSC-nin balansında 17 yataq var idi, onlardan 11 qaz, 4 qaz kondensatı və 2 neft quyuları idi. Bu yataqların ümumi ehtiyatları: təbii qaz — 58,56 milyard kubmetr, qaz kondensatı — 1231 min ton, neft — 2530 min ton təşkil edrdi.
Krımın Rusiya Federasiyası tərəfindən ilhaqından sonra Ukrayna bir sıra yataqlarda (Bezymyannı, Odessa, Arxangelsk, Ştormov, Şmidt) karbohidrogen hasil etmək, eləcə də digər perspektivli sahələrdə (Zapadno-Qolitsin, Kulisnı və Dnepr paleokanalı) kəşfiyyat işlərini davam etdirmək imkanını itirdi.
ARDI VAR











