Gürcüstan və Abxaziya arasında GƏRGİNLİK

Abxaziya «separatçı silahlı dəstələri» yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Bu barədə separatçıların müdafiə naziri Vladimir Anua bildirib.

Onun sözlərinə görə, bu qərara səbəb NATO-nun Gürcüstanda keçirdiyi təlimlərdir.

“Bu, Tbilisinin döyüşkən ritorikasından və Şimali Atlantika Alyansına qoşulmaq kursundan əl çəkmədiyini göstərir. Bundan əlavə, regionda hərbi-siyasi vəziyyət artıq gərgindir. Vəziyyətin gərginləşəcəyi təqdirdə silahlı qüvvələr dövlətin suverenliyini qorumaq vəzifəsini yerinə yetirməyə hazırdır”, – deyə Anua bildirib.

Bu xəbəri paylaşın: