Bu yazı 11 fevral 2019-cu ildə yayınlanıb. Fərrux ətrafında erməni — rus həyasızlığı o günləri yadıma saldı.
Xaqani Ədəboğlu
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mətbuat Xidmətinin rəhbəri

20 oktyabr 1990-cı ildə Cənyataq kəndi yaxınlığında qum yüklü ZİL maşını avtomat silahlarla gülləbaran edilmiş sürücü Quliyev Ramiz Fərman oğlu ağır surətdə yaralanmışdır. Hadisə o zamanın ən məşhur xəbərlər proqramı olan «Время» xəbərlər proqramında verilmişdi. Fakta dair cinayət işi qaldırmaq əvəzinə, günlərlə süründürməçiliklə yazdıqları faktların, nə cinayət işinə, nə də rəsmi milisqanunvericiliyinə uyğunluğu var. Ona görə də cinayət işi ilə bağlı təqdimatı olduğu kimi sizlərə təqdim edirəm:
«Cinayət işi: 34105. maddə. 207 III h. Azərb. SSR. CM (16.XI 1990)
20 oktyabr 1990-cı ildə qaldırılmış 34105 saylı cinayət işində Ramiz Quliyevə qarşı xuliqanlıq (!!!) hərəkətləri Azərb. SSR CM 207-ci maddəsinin II hissəsinin əlamətləri olmaqla SSRİ İstintaq Qrupunun təqdim etdiyi materiallara uyğunlaşdırılmışdır.
Bu hadisəyə qədər 10 oktyabr 1990-cı ildə Mardakert rayonu Cənyataq kəndindən RDİŞ-nə ərizə ilə müraciət edilmişdi ki, 10 oktyabr 1990-cı il saat 15:30 radələrində OMON-çular bir qrup azərbaycanlı millətindən olan şəxslə birlikdə avtomat silahlarla silahlanmaqla Cənyataq kəndinə hücum etmiş və kəndi atəşə tutmuşlar.
Bundan başqa əvvəllər də bu kənd omonçuların hücumlarına məruz qalmış, 3 nəfər yaralanaraq rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hadisəylə basğlı cinayət işi rayon prokrorluğundadır…
(Григоряну К.Б.
НАЧАЛЬНИКУ МАРДАКЕРТСКОГО РОВД МАЙОPУ МИЛИЦИИ
тов. Осипову г.р.
ОТДЕЛЕНОЕ ПОРУЧЕНИЕ
по уголовному делу в производство находится уголовной политов по факту хулиганства Кулиела Рамиза Фарман оглы по ст.207 ч. III УК Азерб. ССР.Нами 20 октября 1 00 де будто уголовное дело 34105 по материалу.
Джанятаг Мардакертского 3 том, что 10 октября 1990 омонивцы с гражданскими лицами азербайджанскими лицами, вооруженные автоматами, напали на с.Джанятаг и подвергли село обстрел, что подтвердилось в ходеследствия.Кроме того, ранее это же вело опять омоновы совершили нападение, где три человека были ранены и доставлены, ЦЕВ.Данное дело находится в прокуратуре района.
Прощу поручить опер.работникам РОВД азербайджанской национальности проверить данный факт путем допросов или опросов,установить истину, в каких обстоятельствах житель с.Ортапая Кулиев Рамиз Фарман оглы получил телесные повреждения, так как доводы Кулиева Р.Ф. в ходе следствия не подтверждаются, возможно, что он участвовал с омоновцами при нападении на с.Джанятаг и там же получил телесные повреждения.Вместе с поручением направляю копию постановления о назначении на Кулиева Р.Ф. судебно-медицинской экспертизы в Агдамском районе и заключение эксперта я направить в Мардакортский РОВД.
Приложение: постановление на 1-листе.1424СТ. СЛЕДОВАТЕЛЬ МАРДАКЕРТСКОГО РОВДМАЙОР МИЛИЦИИ
погосян А.Г.)
RDİŞ-nin azərbaycanlı əməkdaşlarına tapşırılsın ki, izahat və sorğu yoluyla bu faktın doğruluğu araşdırılsın ki, Ortapəyə kənd sakini Quliyev Ramiz Fərman oğlunun bədən xəsarətləri alması istintaq yolu ilə öz təsdiqini tapmayıb və ola bilər ki, OMON-çularla Cənyataq kəndinə hücum zamanı bədən xəsarətləri alınıb.
R. F. Quliyevin tibbi-ekspertizadan keçirilməsi barədə göndərişlə Ağdam rayonunda ekspertizadan keçirilməsi və ekspert rəyinin surətinin Mardakert RDİŞ-ə göndərilməsi təmin edilsin».
Həmin hadisələrin əsil məzmununu olduğu kimi və olayın təşkilatçısı olaraq sizlərə təqdim edirəm. Azərbaycan milisləri bizim kəndə gəldiyindən qonşu erməni kəndləri bərk narahat idilər. 9 oktyabr 1990-cı ildə axşam bizim inəyin Cənyataq erməniləri tərəfindən oğurlanması xəbəri gəldi. Mən universitetin jurnalistika fakültəsində oxusam da bir həftə idi ki, kənddəydim. Kəndin cavanlarını topladım. Hadisədən duyuq düşən Oktyabr milislərindən Vaqif və Xanoğlan da gəlib bildirdilər ki, o inəyin qatığından biz də yemişik. Birgə gedirik. Sabah 12-yə vədələşdik. Cənyatağın üzərinə gedib inəyi tapacaqdıq. Dəstə yığışar — yığışmaz bizim rayona yeni rəis müavini təyin olunmuş, 1990-cı ildə İrəvandan gəlmiş Mamedov soyadlı kürd olması bilinən və bizim dili bilməyən milis zabiti gəlib çıxdı. Yəqin hardansa xəbər tutmuşdu və dəstəni belə getməyə qoymayacağını bildirdi. Gərgin vəziyyət yarananda dedim ki, sən, bilmirəm kimsən, nəçisən, bizimkilər 1989-cu ilin dekabr ayında Ermənistanı tərk edib. Sən isə ermənicə danışan biri olaraq İrəvandan bir ay öncə bura hopanıbsan, bizim inəyi gətirib mənə verməyə, nə qədər vaxt istəyirsən? Bu dərələrin, bilirsənmi nə qədər uzunluğu var? Uşaqlar üstünə yeriyəndə, Mamedov meyit rəngi aldı və dili dolaşa-dolaşa: «Ara sizin dili öyrənəcəm. Mən də sizinlə gedirəm, onda». Vaqif dedi: «Düşürsən mənim önümə. Bircə səhv hərəkət, səni xərəkdə qaytarıb erməni dilli qohumlarına göndərəcəyik».
Dəstəni iki yerə böldük. Birinci dəstə Daşlı Cəvənin boynuna dolanan cığıra doğru, qardaşım Nizami, Şakir və onun yaşdaşlarının olduğu ikinci dəstə isə iki milisin iştirakıyla Popov istiqamətə yönəldik.
Sığnaq adlananda Baş Güneypəyədən ova çıxmış gənclərlə qarşılaşdıq və onlar da bizə qoşuldular. Cənyataq kəndinin qəbristanlığının üstündən kəndə doğru ətrafı bələdlədik və istiqamətləri müəyyən etdik. Bu istiqamətdən gəlişi ermənilər gözləmirdilər.
Popovun dərəsindən xəbər verdilər ki, ala Rantik adlı çobanı heyvanları ilə birgə tutublar. İkinci dəstəni oradakı dərədən çıxmamağı tapşırdıq və kəndə doğru atəşlə yenməyə başladıq. Öncə qəbristanlıqdakı 4 nəfər kişi qaça-qaça qışqırıb hay saldılar ki, «KELBECER GAMA, KELBECER GAMA». Yəni Kəlbəcər gəlir. 500 evlik kənddə panika başlandı və əhali əllərinə keçəni götürüb qarşı kolluğa doğru qaçdılar. 15 dəqiqəyə kənd boşalmışdı və bizim inəyin Slavik adlı erməninin evinin ardında boğazında kəndir qaça-qaça kəndə tərəf getdiyini gördük. Ermənilər inəyi açıb buraxmışdılar. Atəşi davam etdirə — etdirə ikinci dəstənin yanına getdik. Onlar çobanın əl-ayağını bağlayıb mövqe tutmuşdular. İnəyi buraxdıqlarına görə çobanın əl-ayağını açıb buraxdıq. Arxaya baxa-baxa qaçıb getdi.
Atılan güllələrdən bir ot tayası yanırdı və geriyə dönərkən milis starşinası Xanoğlan, Mamedovdan soruşdu ki, neçə güllə atmısan? Sən demə, bircə güllə də atmayıbmış. Vaqif dedi ki, bu bizi satacaq. Çıxsın təpənin üstünə bütün mağazanı Cənyatağa tərəf boşaltsın. Mamedov mağazanı kəndə tərəf boşaltdı. Deyib gülə-gülə kəndə qayıtdıq. İnək bizdən qabaq gəlmişdi…
Bir gün sonra bu hadisəni ermənilər böyüdərək «Советский Карабах» qəzetində «Азербайджанские боевики в черных и белых» adlı məqalə dərc etmişdilər. Hadisələrdə bizim hücumu çox dəqiq surətdə hazırlanması, yaralılar olması və bir nəfərin öldürülməsi yazılmışdı. Amma həmin hücumda kimsənin ölmədiyini dəqiq bilirdim. Ona görə daim mənimlə əməkdaşlığa razılaşan Mişa (bizimkilər ona «yerqazan kişi» deyirdilər) ilə görüşdüm. 5 litr benzin verdim və öyrəndim ki, öldürülmüş kimi verilən kişi 66 yaşlı bir erməni hadisədən 3 gün öncə ölübmüş. Fakt düzəltmək üçün meyidə 2 güllə vurub şəklini çəkiblər. Lakin bu sənəddə isə 3 nəfərin yaralanması yazılıb.

Biz Dağlıq Qarabağın sakinləri düşmənlə mübarizədə, əhali azlığı çəkə-çəkə 4 il dayandıq. Amma bizlərə kömək əvəzinə daim Bakıdan ermənilərin xeyrinə basqılar gördük. Əhalisi və imkanları geniş olan rayonlar bizləri o günlərdə görməzdən gəldilər və biz o zaman deyirdik ki, biz çəkilsək sizlər üçün çətin olacaq. Bizə inanmadılar…
Bu cür 12 olmuş hekayəni çap etməyi planlaşdırmışam. Bu günlər çox «əfsanəvi» qəhrəmanlar çıxıb deyirlər ki, ermənilər bunların başlarına pul qoyublarmış. Ona görə bir döyüşçü kimi ermənilərdən çox «incimişəm». Onlara qarşı o boyda pisliklər etsəm də bizim başımıza pul kəsmədilər, amma Ağdərə azad edildiyi günlərdə bizim kəndin döyüşçüləri məhkəmə hökmlərini götürmüşdülər. Sən demə onların başına pul, bizlərə isə qiyabi hökmlər kəsiblərmiş. Ağdərəli vetreranlara o qərarların surətini göndərmələrini xahiş edirəm.
Bir də sonadək mənimlə əməkdaşlıq edən Mişadan (çoxdan ölmüş olar) üzr istəyirəm, ona Cənyataq kəndində «sovet sədrliyi» vəzifəsini söz vermişdim. Vədimə əməl etmədim, etməyə imkan vermədilər…
P.S. Adı çəkilən Ramiz Quliyev pusquya salınaraq düşmən atəşindən yaralanmışdı. Faktiki olaraq Ramiz Quliyev o hadisələrdə iştirak etməmişdi və heç kənddə də olmamışdı. Həmişə zarafatla deyərdim ki, yeznə (bacımın həyat yoldaşı idi) ermənilər mənim heyfimi səndən çıxıblar. Qəhrəman döyüşçümüzü rəhmətlə anıram. Həmçinin vaxtilə Bakıda iş yerini cəbhəyə dəyişən və bu sənədləri mənə təqdim edən AVMVİB sədrinin müavini Abbas Hüseynlini də rəhmətlə anıram. Allah sıralarımızı vaxtsız tərk edən qardaşlarımıza rəhmət eləsin!


