Beyləqanlı veteranlar döyüş dostlarının evinin açılış mərasimində olublar

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin üzvü olan müharibə veteranları Beyləqan rayon Xaçın kəndinə yaşayan Beyləqan Özünümüdafiə batalyonun igid döyüşcüsü Ələddin İsmayilova məxsus evin acliş mərasimində iştirak ediblər.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov, ictimai fəal, Diasporanın Prezidentə Dəstək İB Ağsaqqallar Şurasının sədri Kamil Teymurov və müharibə veteranları iştirak etdilər.


AVMVİB sədri Füzuli Rzaquliyev adından Ələddin İsmayılova xeyir -dua verildi və cıxışlar oldu.


Müharibə veteranı AVMVİB-nin təsis etdiyi Xatirə medalıyla və Fəxri fərmanla təltif olundu.


AVMVİB Beyləqan rayon şöbəsinin sədr mavini Məmməd Məmmədov da göstərdiyi fəallığa və fəaliyyətə görə Xatirə medalıya təltif olundu.


Təbrik edirik!

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Beyləqan

Bu xəbəri paylaşın: