Ermənilərə məxsus «Armenpress», «U1+», Aysor.am və s saytlarının yayınladığı informasiyanı olduğu kimi sizlərə təqdim edirik. Çünki içimizdəki rus-erməni nökərləri mövqelərdən geri çəkilmək barədə sürəkli dezinformasiyalar yaymağa çalışırlar.
Ermənistan Xarici İşlər Nazirliyi bildirir: Azərbaycan bölmələri geri çəkilməyib
Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin («Üç bacı dolması»nın) Dağlıq Qarabağda vəziyyətin son vaxtlar gərginləşməsinə aydın qiymət verməsini məmnunluqla qeyd edir və bunun Azərbaycan qoşunlarının yerdəyişməsinin nəticəsi olduğunu bəyan edir.
Bu barədə Ermənistan Respublikası XİN məlumat yayıb.
“Rusiya Federasiyasının Müdafiə Nazirliyi Azərbaycan tərəfini hərbi hissələrini geri çəkməyə çağırdığını bəyan edib. Martın 27-də Rusiya Müdafiə Nazirliyi Azərbaycan tərəfinin öz bölmələrini Dağlıq Qarabağın Fərrux (Parux) yaşayış məntəqəsindən çıxarması ilə bağlı bəyanat yayıb. Buna baxmayaraq, biz bildirmək məcburiyyətindəyik ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında Azərbaycan bölmələrinin «Dağlıq Qarabağa» (Azərbaycanda belə ərazi mövcud deyil-red.) müdaxiləsi davam edir və bu, əlavə olunmuş xəritələrdə öz əksini tapıb. Biz gözləyirik ki, Rusiya Federasiyasının «Dağlıq Qarabağdakı» sülhməramlı qüvvələri sülhməramlıların məsuliyyət zonasında Azərbaycan bölmələrinin «işğalının» dayandırılması və Azərbaycan silahlı qüvvələrinin çıxarılması üçün konkret tədbirlər görəcək.
Azərbaycan bölmələrinin «işğalı» zamanı bütün bu müddət ərzində sülhməramlı kontingentin hərəkətlərinin düzgün araşdırılmasını və bir sıra sualların cavablandırılmasını zəruri hesab edirik.

Əlavə edilmiş xəritələrə diqqət edin:
Hər iki xəritədə Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasının konturu Rusiya Müdafiə Nazirliyinin saytından götürülüb.

2022-ci il martın 24-nə olan vəziyyəti əks etdirən xəritədə «Dağlıq Qarabağda» Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında Azərbaycan mövqelərinin olmadığı aydın görünür.

29 mart 2022-ci il saat 09:00-da vəziyyəti əks etdirən xəritədə aydın görünür ki, Azərbaycanın mövqeləri artıq «Dağlıq Qarabağ»da Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında yerləşdirilib”.
