S.Ohanyan: «Azərbaycan erməni ordusunu çıxarmayanadək dayanmayacaq»

“Son günlər baş verənlər onu deməyə əsas verir ki, Azərbaycan ordusunun Qarabağda, həmçinin Azərbaycan -Ermənistan sərhəddində irəlləməsi dayanmayacaq”.

Bu fikirləri  “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan mətbuata verdiyi açıqlamada deyib.

Seyran Ohanyan bildirib  ki, Azərbaycan Qarabağdan  erməni ordusunu çıxartmayana qədər dayanmayacaq.

“Azərbaycanın uzunmüddətli  strateji planı var. Bu planın tərkib hissəsi kimi onlar Qarabağda olan silahlı şəxsləri təmizləyəcək. Bu yolla onlar bizi sülhə məcbur edəcək”, – deyə Ohanyan bildirib.

Bu xəbəri paylaşın: