XİN: Sülhməramlılarla bağlı məsələyə cavab verilib

“Saxta ittihamlarla beynəlxalq ictimaiyyətə yalan müraciətlər edən Ermənistan anlamalıdır ki, bölgədə sülh və sabitliyin təmin olunması yalnız üçtərəfli bəyanatın bütün müddəalarının qeyd-şərtsiz icrasından asılıdır”.

Bu barədə Azərbaycan XİN açıqlama yayıb.

Bildirilib ki, Ermənistanın birgə bəyanatın əksinə olan digər bütün addımları yalnız sülh quruculuğu prosesinə maneə olacaq:

“O ki, qaldı Azərbaycan ərazilərində müvəqqəti yerləşən Rusiya sülhməramlılarına aid məsələlərə, bununla bağlı Azərbaycan Müdafiə Nazirliyinin müvafiq açıqlamalarında ətraflı məlumat verilib”.

Bu xəbəri paylaşın: