Kiyevin “giriş qapısı” İrpin işğaldan azad edilib

Ukraynanın paytaxtı Kiyevin “giriş qapısı” kimi mühüm strateji mövqe adını daşıyan İrpinə nəzarət tamamilə Ukrayna qüvvələrinin əlinə keçib.

Bu barədə İrpin meri məlumat yayıb.

Xatırladaq ki, bu gün işğaldan azad edilən şəhər müharibənin ilk günlərindən Rusiyanın intensiv hücumlarına məruz qalırdı. Ukrayna tərəfi  körpüləri partladaraq Rusiya qüvvələrinin bölgədə irəliləməsini dayandırmağa çalışırdı. Lakin bütün səylərə baxmayaraq şəhər rus ordusu tərəfindən işğal edilmişdi.

Bu xəbəri paylaşın: