Erməni yalına səs salan Delyaginə Rusiyanın cavabı

“Dövlət Dumasının deputatı Mixail Delyaginin Rusiyanın Azərbaycanın neft infrastrukturuna zərbələr endirməsi ehtimalı ilə bağlı bəyanatı Rusiya rəhbərliyinin siyasətinə tamamilə ziddir”.

Bunu Siyasi Araşdırmalar Mərkəzinin direktoru, Rusiya Dövlət Dumasının sabiq deputatı Sergey Markov öz “Telegram” səhifəsində yazıb.

“Bu bəyanatlar məsuliyyətsizlikdir və Rusiyanın maraqlarına ziddir”, — deyə politoloq vurğulayıb.

************

Kreml də Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaginin Azərbaycanı hədələməsi ilə bağlı açıqlamasına münasibət bildirib.

Rusiya Prezidentinin sözçüsü, Kremlin mətbuat katibi Dmitri Peskov M.Delyaginin açıqlamasının rəsmi Moskvanın xəttinə uyğun olmadığını vurğulayıb.

“Mixail Delyaginin açıqlaması rəsmi Moskvanın siyasi xəttinə uyğun deyil. Bu açıqlama şəxsi duyğular müstəvisində edilib. Biz bu emosiyaları cilovlamağa və xüsusilə tərəfdaşlarımıza münasibətdə bu cür ifadələrdən çəkinməyə çağırırıq. Azərbaycan bizim üçün tərəfdaş dövlətlər kateqoriyasına daxildir”, — deyə D.Peskov vurğulayıb. 

Qeyd edək ki, ötən gün Rusiyanın dövlət telekanalında yayımlanan “60 dəqiqə” verilişində Rusiya Dumasının komitə sədrinin müavini Mixail Delyagin ölkəmizə qarşı təxribat xarakterli fikirlər səsləndirib. 

O, Azərbaycanı “proksi-dövlət” adlandırmış və ölkəmizin neft sənayesini vurmağı təklif etmişdi.

************

Rusiya Xarici İşlər Nazirliyi Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini Mixail Delyaginin Azərbaycanla bağlı təxribatçı açıqlamalarına münasibət bildirib.


Nazirlik bununla bağlı açıqlama yayıb.

«Deputat Delyaginin Azərbaycan və Qarabağla bağlı açıqlamaları Moskvanın mövqeyinə uyğun gəlmir və qəbuledilməzdir”, — XİN-dən bildirilib.

Mənbə: RİA Novosti

Bu xəbəri paylaşın: