Ukrayna nümayəndə heyətindən görüşlə bağlı ilk açıqlama gəldi

Ukrayna və Rusiyanın danışıqlar üzrə nümayəndə heyətlərinin Türkiyənin İstanbul şəhərindəki görüşü başa çatıb.

 «TRT Haber»in verdiyi xəbərə görə, Ukrayna nümayəndə heyəti görüşdən sonra bəyanatla çıxış edib.

«Ukraynanın təhlükəsizliyi bizim ən vacib tələbimizdir. Sazişdə heç nə Ukraynanın Avropa İttifaqına daxil olmasına mane olmayacaq. Biz NATO-ya daxil olmayacayıq, amma Aİ-yə qoşulmaq istəyirik.

Krım məsələsi çox önəmlidir və bu həll olunmalıdır. Biz indi Ukraynanın gələcəyini düşünməliyik. Danışıqlar gedən müddətdə Rusiyaya güc tətbiq etməməyi təklif etdik. Mövqeyimizlə bağlı qarşı tərəfə məlumat vermişik, cavab gözləyirik» , — bəyanatda deyilir.

Bu xəbəri paylaşın: