Delyaqinin üzürü qəbahətindən betər olan qələtləri

Azərbaycan xalqı zaman-zaman raşistlərin söz hücumlarına məruz qalması ənənəvi hal alıb. Xüsusən bu sahədə püxtləşmiş bir «ÇeTe» var. Son günlər Mixail Delyaqin adlı rusiyalı deputat öz anti Azərbaycan qələtləri ilə gündəmə gəlib.


Onun Azərbaycan əleyhinə etdiyi qələtlərə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov münasibət bildirərək deyib:

«Zaman-zaman Rusiyanın imperiya yuxusundan hələ də ayılmamış üzdəniraq siyasətçilərinin anti Azərbaycan çıxışları mütamadi xarakter daşıyır. Çünki bu cür şərəfsizləri biz məhkəmələrə verib ölkəmizin toxunulmazlıq prinsipini ortaya qoymuruq. Erməni lobbisinin əlavəsinə çevrilmiş Kreml mediası zaman-zaman Azərbaycan hakimiyyətini, xalqını və ərazi toxunulmazlığımızı hədəfə alırlar. Belə media resursları onlarcadı və əsasən də hökumətə yaxınlığı bilinən, rus mujikinin boğazından kəsilib milyonlar axıdılan «Sputnik», «Regnum» agentlikləri, RBK, RTR, «Rosiyya-1», «ORT» «Russia Todays» və s. media resursları ermənidən çox erməniliklə məşğuldurlar. Ölkəmizin beynəlxalq hüquqlarla tənzimlənən haqlarını tapdamaq solovyovların, kolerovların, qabrelyanovların, simonyanların əsas vəzifəsi hesab olunur və Kreml bu adamlara qəti şəkildə bu günədək «DUR!» deməyib.


Son günlər ölkəmizə qarşı Azərbaycanın neft sənayesinə zərbə endirməyə çağırış edən Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqin adlı bir rus əyyaşı hədə-qorxu gəlməklə yanaşı, dövlətimizin varlığına dil uzadıb. Bu əyyaş suveren bir ölkə haqqında dediklərinə diqqət edin: «Azərbaycanlılar həqiqətən atəşkəsi pozub. Bizimkilər bildirdilər ki, Azərbaycan tutduğu mövqelərdən geri çəkilib. Lakin Azərbaycan rəsmən elan etdi ki, heç yerə çəkilməyiblər. Baxın, ABŞ-ın sattelitləri, indiki halda Türkiyə tərəfindən həyata keçirilən aqressiya və «Türkiyənin proksisi», hansı ki, biz dövlət adlandırırıq (Azərbaycanı nəzərdə tutur — red.) bu gün real təhlükədir. Əgər biz buna görə Azərbaycanı birmənalı şəkildə sərt cəzalandırmasaq… Bizə Azərbaycanın neft-qaz sənayesi niyə lazımdır? Lazım deyil. Əgər insanlar söz başa düşmürsə, onda konkret əməllə başa salmaq lazımdır. Əgər bunu etməsək, o zaman biz olmayacağıq, başa düşürsünüz?! İndi məsələ ancaq bu cür qoyulmalıdır».


Bu cür sözləri yad torpaqlara işğal niyyətiylə gedən bir işğalçı dövlətin deputatının deməyə haqqı belə yoxdur. Rusiyanın terror və separatizmi dəstəkləməsini parlamentin bu sərsəm deputatı öz diliylə təsdiqləyir.


Azərbaycanda ciddi narazılığa səbəb olan açıqlamaya Peskovun və XİN münasibət bildirməsi müsbət hadisədir. Lakin bu zünü bilməz Delyaqinin üzürü qəbahətindən də betər olub. Delyaqin bildirib ki, verilişin formatına uyğun olaraq belə bir davranış sərgiləyib.


«Mənim sözlərimdən qorxan, inciyən və yaxud təhqir olunan hər kəsdən üzr istəyirəm», — deyə Delyaqin söyləyib.


Səndən qorxan elə Delyaqin olsun! Bu şərəfsiz köpəyin erməni yalına hürməsi məlum məsələdir. Amma Skobayevanın, Solovyovun və qeyri ermənilərə satılmış Rusiya media resurslarının yayınına Azərbaycanda qadağalar qoyulmalıdır. Rusiyanın “Roskomnadzor”u Azərbaycanın saytlarını blokladığı kimi biz də Rusiyanın anti Azərbaycan təbliğatıyla məşğul olan resurslarını bloklamağa çalışmalı və Sputnikin Azərbaycandan çıxarılmasına qərar verməliyik. Üstəlik bu cür boşboğazlar haqqında cinayət işi qaldıraraq Beynəlxalq məhkəmələrə daşımalıyıq.

Elnur Səlim

Bu xəbəri paylaşın: