«HRAPARAK» qəzetininn araşdırmaları:
— AZƏRBAYCAN HƏRBİ QÜVVƏLƏRİ DAŞBAŞI (Karaqlux) YAYLASINDA XEYLİ GÜCLƏNİB.
Azərbaycan Hərbi Qüvvələri DAŞBAŞI (Karağlux) təpəsində məskunlaşıb və xeyli güclənib. Hazırda Fərrux kəndinə Rusiyanın sülhməramlı qüvvələri nəzarət edir, lakin kənd Azərbaycan bölmələri tərəfindən mühasirəyə alınıb və Fərruxda erməni birləşmələri yoxdur və sakinlər kəndə qayıda bilmir.
Azərbaycan Ordusu təkcə Qarabağ ərazisində yerləşən Daşbaşı yaylasının həmin istiqamətinə nəzarəti davam etdirməklə kifayətlənmir, həm də PİRLƏR (Xramort), SƏRDARKƏND (Sərdaraşen) və XANABAD (Xnabad) kəndləri istiqamətində inamla irəliləyir, öz mövqelərini yaxşılaşdırıb möhkəmləndirdikcə, adıçəkilən kəndlərin birbaşa sanki ayaqaltında kimi görünməsini təmin etməyə çalışır (XƏRİTƏYƏ diqqətlə baxın).

DAŞBAŞI (Qaraqlux) yüksəkliyindəki Azərbaycan əsgərləri öz mövqelərinə artıq traktorlarla yol açıb, texnikanın hərəkətini və təchizat prosesini təmin ediblər. Hansı ki, bu yerləri erməni başbilənləri ikinci ŞUŞA adlandırırlar.
Beləliklə, ermənilər özləri təsdiq edrlər ki, Azərbaycan Ordusunun Yeni Seysulan istiqamətində Xaçen körpüsünə doğru irəliləməsi, nəticədə QARABAĞIN Ağdərə (Martakert) yolunun bağlanmasına və ermənilər üçün ciddi təhlükə yaranmasına səbəb olacaq.
Nə isə, gəlin Azərbaycan Ordusuna bu şərəfli yolda uğurlarını davam etdirməyi arzu edək.
Qeyd edim ki, XƏRİTƏDƏKİ qırmızı sahə son bir həftədə Azərbaycan Ordusunun irəlilədiyi məkanlardır Qarşıdakı ovuc içi kimi görünən mavi və yaşıl rəngli sahələr isə yaxın günlərdə yavaş-yavaş nəzarətə götürəcəyimiz ərazilərdir.
İSMAYIL TANRIVERDİ
BDU-nun Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru
