TƏBRİK: YƏHYAYEV ELDAR ORUC OĞLU — 57

     İnsan üçün ən yadda qalan günlərdən başlıcası onun həyata gəldiyi gündür. Ömürə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Belə insanlardan biri də  peşəkarlığı və humanistliyi  ilə seçilən  ömrünün ən məhsuldar dövrünün   22 ildən çox  şərəfli və mənalı  xidmət yolunu  hərbi xidmətdə  keçirmiş  ehtiyatda olan mayor Yəhyayev Eldar Oruc oğludur.Onun  aprel ayının 1 — də onun  57 yaşı tamam olur.

      Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev  ehtiyatda olan mayor Yəhyayev Eldar Oruc oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin  neymət olan möhkəm can sağlığı, ailə səadəti  və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

      Arzu edirik ki, Eldar Yəhyayevin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!

       1965 ci ilin aprel ayının 1 — də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Aşağı Aza kəndində anadan olub.

       1982 -ci ildə Ordubad şəhər M.Füzuli adına internat məktəbini, 1992 — ci ildə  Minsk şəhərində Poltexnik İnstitutunu bitrib.    Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş idarəsində və hərbi hissələrində  keçirilən müvafiq kurslarda,   bir çox metodiki — təlim toplanışlarında,  təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.

      1983- 1985 -ci illərdə  Sovet ordusunun  Türkmənistan Respublikasının  Mari şəhərində yerləşən  Hərbi Hava Qüvvələrində  müddətli həqiqi hərbi xidmət olub.

      1995 — 2015 ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə (Birqadada ) hərbi hissədə avtomobil və zirehli texnika  xidməti üzrə texniki — nəzarət məntəqəsinin rəisi, (Briqada)  hərbi hissənidə avtomobil zirehli texnika xidmət rəisi vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.

     O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

       Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın,  hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.

         Naxçıvan Muxtar Respublikasında  ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsində, şəhərdə və yaşayış məntəqələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,  baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında üzərinə düsən vəzifə və tapşırıqları şərəflə yerinə yetirmişdir.

       Hərbı xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi  xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

      Döyüş hazırlığındakı əla göstəricilərə görə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində və döyüş növbəsində xüsusi fəriqləndiyinə görə şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirinin müvafiq əmrləri ilə «Silahlı Qüvvələr Veteranı «, «Qüsursuz Xidmətlərə Görə » 1-ci, 2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının» isə 10-iliyi , 90-illiyi  yubiley  medallarl ilə təltif olunub.

 DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ELDAR BƏY!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranlari İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: