Gürcüstan Ukraynada keçirilən hərbi əməliyyata görə Rusiyaya qarşı tətbiq edilən bütün beynəlxalq maliyyə sanksiyalarına qoşulub.
Bunu Gürcüstan prezidenti Salome Zurabişvili bildirib.
“Biz bütün beynəlxalq maliyyə sanksiyalarında (Rusiya Federasiyasına qarşı — Red) iştirak edirik və bu, həqiqətən də bizim maliyyə sektorumuz üçün nə isə deməkdir. Bu vaxta qədər biz Ukraynanı dəstəkləmək üçün yaradılmış bütün beynəlxalq qətnamələrdə də iştirak edirik”, — deyə Zurabişvili bildirib.
Bu xəbəri paylaşın:
