TƏBRİK: MƏMMƏDOV FAİQ MUSTAFA OĞLU — 55

  İnsan üçün ən yadda qalan günlərin bsşlıcası onun həyata gəldiyi gündür. Ömürə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Bu  bahar təravətli  yaz günündə  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin  hərbi hissələrində səmərəli fəaliyyəti ilə həmişə lazımınca qiymətləndirilən  Silahlı Qüvvələr və  Müharibə Veteranı, ehtiyatda olan mayor  Məmmədov Faiq Mustafa oğlunun  aprel ayının  1 — də dünyaya göz açdığı gündür.

     Daimi həyatın imtahanlarından alnıaçıq üzüağ ağ çıxan ehtiyatda olan mayor Məmmədov Faiq Mustafa oğlunu belə bir əlamətdar gün münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin  (AVMVİB) rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai  Birliyi (Avmvib) sədrinin müavini  polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir, səbəbkara  həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti,  həyat yollarında  uğurlar arzu edir. Amin!

     Silahlı Qüvvələr və Müharibə Veteranı, ehtiyatda olan mayor Məmmədov Faiq Mustafa oğlu  1967 -ci ilin  aprel ayının 1- də  Azərbaycan Respublikasının  Zəngilan rayonunun Qraq Müşlan kəndində anadan olub.

      1982- ci ildə Zəngilan rayonunun Qraq Müşlan kənd  8 (səkkiz) illik məktəbi, 1986- cı ildə Bakı şəhərində Bakı Baza Energetika Texnikomunu, 1986- cı ildə Sovet Ordusun Ukrayna Respublikasının   Borispol şəhərində yerləşən hərbi hissədə rabitəçi kursunu bitirib. O, Sovet Ordusunda, müstəqillik dönəmində Ukrayna ordusunda və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində müvafiq kurslarda,  bir çox metodiki — təlim toplanışlarda , təlimlərdə,  seminar və konfranslarda fəal iştirak edib.

       1993- 2011-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin  Zəngilan,  Füzuli, Xaçmaz (Yalama qəsəbəsində) ,Gəncə, Zaqatala  və Nərimanov rayonlarında yerləşən hərbi hissələrdə və hərbi hospitalda  Ərzaq və Əşya  xidmət rəisi vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.

      1986 -1993 -cü illərdə Sovet ordusunun  Ukrayna respublikasının Borispol  və  Kerç, Almaniya Demokratik Respublikasının isə Merzeburq şəhərlərində yerləşən hərbi hissələrində ərzaq   və birləşdirilmiş   anbar rəisi vəzifələrində olub.

        Mayor Faiq Mustafa oğlu Məmmədov yüksək peşəkarlığı və humanistliyi, nəzəri və praktiki biliyi (təcrübəsi) , işgüzarlığı və mənəvi keyfiyyəti, dəqiqliyi və təmkinliyi, sadəliyi (ciddiyyəti) və səmimiyyəti, təvazökarlığı  və vətənpərvərliyi  ilə seçilən, Allahın verdiyi şərəfli və mənalı   ömrünün ən məhsuldar dövrünün  25 ildən çoxunu hərbi  xidmətdə keçirib.

        O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiqli hörmət qazanmışdır.

      Məmmədov Faiq Mustafa oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda ( Zəngilan və Füzuli rayonları  istiqamətində)  gedən döyüşlərdə ona və xidmət etdiyi  hərbi hissəyə həvalə edilmiş   vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. Müharibə Veteranıdır.

         Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, şəhərdə və yaşayış məntəqələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında,   mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı  dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, fövqalədə vəziyət zamanı hüquqi rejimin təmin edilməsində,  baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.

        Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın,  hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcə də vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir çox  hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

       Döyüş hazırlığındakı əla göstəricilərə görə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş növbəsində, döyüş xidmətində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində fərqləndiyinə, şücaət və fədakarlıq  göstərdiyinə görə  » Silahlı Qüvvələr Veteranı», «Qüsursuz Xidmətlərə Görə»  1-ci, 2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin» yaranmasının isə  10 illiyi və 90 illiyi  yubiley  medalları ılə təltif olunub.

     Faiq Mustafa oğlu Məmmədov Daxili İşlər Nazirliyinin   Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində yüngül atletika üzrə   Daxili İşlər Nazirliyi, Daxili Qoşunlar və hərbi hissə birinciliyi  üzrə keçirilən birincilik çempionatlarının dəfələrlə qalibi və mükafatçısı olub. O, Daxili İşlər Nazirliyinin və Daxili Qoşunların Baş İdarəsinin  yüngül atletika  (Marofon qaçışı) üzrə yığma   komandasının üzvü olduğu müddətdə bir neçə dəfə xarici ölkələrin  Daxili işlər Orqanları  arasında keçirilən birinclik marofon qaçış yarışlarında  Azərbaycan Respublikasnın  Daxili İşlər Nazirliyini təmsil edib.

      Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi  xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırılıb və ona təşəkkür elan edilib.

   Faiq Mustafa oğlu  hal —  hazırda  Azərbaycan Ordusunun  Təlim və Tədris mərkəzində  hərbiləşdirilmiş  mühafizə bölməsının rəisi vəzifəsində işləyir.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, FAİQ BƏY!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

Dərin hörmətlə, Azərbaycan Vətən  Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: