Bü gün Müdafiə Nazirliyinin Təlim-Tədris mərkəzinin klubunda Hərb Tarixi Muzeyinin direktoru polkovnik Əzizağa Qənizadənin təşkilatçılığı ilə 1993 cü il Kəlbəcər rayonunun müdafiəsi uğrunda döyüşlərdə iştirak edən 701 saylı hərbi hissənin keçdiyi döyüş yolu, keçirdiyi əməliyyatlar və 5000 də çox Kəlbəcər sakininin xilas edilməsi mövzusunda tədbir keçirildi.
AHTM-nin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə bildirib ki, Kəlbəcər uğrunda döyüşlərin üzərindən illər keçməsinə baxmayaraq, həmin əməliyyatlarda Azərbaycan Ordusunun fədakarlığı bu gün də xatırlanır. Bildirib ki, düşmən 1993-cü il martın 26-da Kəlbəcər rayonunu işğal etmək üçün Ağdərə rayonundan üç, Laçından bir, Ermənistan-Azərbaycan dövlət sərhədindən isə iki istiqamətdən böyük qüvvə ilə hücuma keçib. Həmin ağır dövrdə Kəlbəcər əhalisinin köməyinə Laçın dəhlizi uğrunda döyüşən 701 saylı briqada gəlib. Gərgin döyüşlərdə Milli Ordumuzun əsgər və zabitləri qəhrəmanlıqla vuruşaraq, sayca dəfələrlə çox olan düşmən qüvvələrinə mətanətlə sinə gərdilər. 701 saylı hərbi hissənin düşmənə ciddi müqaviməti Kəlbəcər rayonunun 60 min əhalisinin təxliyə olunmasına şərait yaratdı.
Tədbirdə 701 saylı hərbi hissənin döyüşçüləri, kaolisiya üzvü olan İctimai Birliklərin rəhbərləri iştirak edirdilər. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvləri də tədbirdə böyük heyətlə iştirak edirdilər.
Allah Şəhidlərimizə rəhmət eləsin!
Allah Ordumuzu və xalqımızı qorusun!

Azad Musayev






