Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı məlum olub.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbuk səhifəsində məlumat yayıb.
Bildirilib ki, indiyədək 17 800 hərbçi zərərsizləşdirilib.
Bundan başqa, hücum edən tərəfin 631 ədəd tankı, 1 776 ədəd zirehli döyüş maşını, 316 ədəd artilleriya sistemi, 100 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 54 hava hücumundan müdafiə sistemi, 143 ədəd hərbi təyyarəsi, 134 ədəd helikopteri, 1236 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 76 ədəd yanacaq çəni, 87 ədəd dronu, 24 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket komplesi məhv edilib.
Ötən gecə Rusiya aviasiya və raket qüvvələri Ukraynanın 67 hərbi obyektini vurub.
Ria Novosti xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov şənbə günü bildirib.
«Gecə saatlarında Rusiya Aerokosmik Qüvvələrinin və raket qüvvələrinin operativ-taktiki aviasiyası Ukraynanın 67 hərbi obyektini vurub. Bura iki komanda məntəqəsi, iki raket və artilleriya silahı və sursat anbarı, doqquz səhra artilleriya silahı və minaatan, həmçinin Ukrayna Silahlı Qüvvələrinin hərbi texnikasının cəmləşdiyi 54 ərazi daxildir».
İqor Konaşenkovun sözlərinə görə, müharibə başlayandan indiyədək Ukrayna Ordusuna məxsus 124 təyyarə və 84 helikopter, 381 pilotsuz uçuş aparatı, 1882 tank və digər zirehli döyüş maşını, 203 reaktiv yaylım atəşi sistemi, 786 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 1764 ədəd xüsusi təyinatlı hərbi maşınlar məhv edilib.