PAŞİNYAN: «MÜHARİBƏDƏN QAÇMAĞIN YALNIZ BİR YOLU VAR»…

“Hraparak” qəzeti bu günkü sayında yazdığına görə, aprelin 1-də hökumətin iclasında Nikol Paşinyan Azərbaycanın hücumu ehtimalı ilə bağlı danışarkən Ermənistan hökumətinin buna qarşı hər hansı addım atıb-atmaması barədə bir kəlmə də deməyib.

O, ruslara gileylənib ki, ruslar düşmənimizin (yəni Azərbaycanın) təkəbbürlü olmasına imkan verirlər. Qərb isə üzərinə düşən vəzifələri yerinə yetirmir, hadısələrə biganə olduğunu açıq şəkildə bildirir.

Maraqlıdır ki, Paşinyan Ermənistan hakimiyyətinin gördüyü işlərdən bir kəlmə də belə danışmadı. O, Ermənistan vətəndaşlarına başa saldı ki: — Müharibədən qaçmağın yalnız bir yolu var. Onun bütün ilkin şərtlərini yerinə yetirərək Azərbaycana təslim olmaq və alçaldıcı sülh müqaviləsi imzalamaq.


Təfərrüatlar qəzetin bu günkü sayında.


İSMAYIL TANRIVERDİ

Bu xəbəri paylaşın: