Aprel şəhidinin Anım tədbiri keçirildi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Cəbrayıl rayon şöbəsinin sədri Rasim Paşayev, ictimai fəal, Diasporanın Prezidentə Dəstək İctimai Birliyinin Ağsaqqallar Şurasının sədri Kamil Teymurov və müharibə veteranları Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Ruhin Əşrəf oğlu Qəhrəmanovun Anım tədbirində iştirak ediblər.


Tədbirə Cəbrayıl rayon İcra Hakimiyyətinin Başçısı Kamal Həsənov, İcra Hakimiyyyətinin əməkdaşları və ictimaiyyət nümayəndələri qatılmışdılar.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov şəhid Ruhin Qəhrəmanovun valideynlərinə AVMVİB sədri F. Rzaquliyevin adından başsağlığı verib, şəhidin qəhrəmanlıqlar dolu döyüş yolundan söz açdı.

Şəhid Ruhin Qəhrəmanov 10 oktyabr 1994-cü ildə Cəbrayıl rayonunda anadan olub. Ən böyük arzusu doğma torpaqlarımızın düşmən tapdağından azad edilməsiydi. Elə bu amalla ordu sıralarına yazılmışdı. 3 aprel 2016-cı ildə Lələtəpə uğrunda gedən döyüşlərdə şəhid olub.


Anım günü şəhidin məzarı ziyarət olunaraq gül qoyuldu və ruhuna dualar oxundu.


Allah şəhidlərimizə rəhmət eləsin!

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Cəbrayıl

Bu xəbəri paylaşın: