Orban Macarıstanda parlament seçkilərində hakim alyansın qələbəsini elan etdi

Macarıstanın Baş naziri Viktor Orban hakim alyansın parlament seçkilərində qalib gəldiyini elan edib.

Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

Bundan əvvəl Milli Seçki Bürosu (NVI) bülletenlərin 53,19%-nin sayılmasının nəticələrinə əsasən bildirib ki, hakim “Fides” — Xristian Demokratik Xalq Partiyası alyansı 67,34 % səslə öndədir. Peter Marki-Zayın rəhbərlik etdiyi müxalifət koalisiyası isə 29,15 % səs toplayıb.

Əgər bu fərq davam edərsə, “Fides”- Xristian Demokratik Xalq Partiyası alyansı parlamentdə 134 yer, rəqibləri isə 56 yer qazanacaq.

Bu xəbəri paylaşın: