Ukrayna prezidenti Zelenski Buçaya gəlib

Prezident Vladimir Zelenski Rusiyanın Ukrayna vətəndaşlarına qarşı qətliamlarının sübutlarının tapıldığı Buçaya səfər edib.

Bu barədə BBC-nin rusca redaksiyası məlumat yayıb.

Jurnalistlərin sözlərinə görə, o, dağılmış Rusiya texnikası ilə dolu olan yola baxıb və yerli sakinlərlə söhbət edib.

Prezident bildirib ki, Rusiya Ukraynada hərbi cinayətlər və soyqırımı törədib.

BBC müxbirinin hələ də Rusiya ilə sülhü müzakirə etməyin mümkün olduğunu düşünürmü sualına o, «bəli» cavabını verib.

Zelenskinin birbaşa çıxışı: “Bəli, çünki Ukrayna sülh içində yaşamalıdır.

Biz 21-ci əsrin Avropasında yaşayırıq. Biz diplomatik və hərbi səylərimizi davam etdirəcəyik”.

Bu xəbəri paylaşın: