Aprel şəhidinin Anım tədbiri keçirildi

Biləsuvar rayonunda müharibə veteranları 2016-cı il Aprel döyüşlərində şəhid olmuş Fərahim Nadir oğlu Novruzovun Anım tədbirində iştirak ediblər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Biləsuvar rayon şöbəsinin sədri Qurban Qurbanov məlumat verib.

Qurban Qurbanov bildirib ki, müharibə veteranları şəhid Fərahim Nadir oğlu Novruzovun məzarını ziyarət edib, gül qoymuş və şəhidin ruhuna dualar etmişlər.

Allah rəhmət eləsin!

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Biləsuvar

Bu xəbəri paylaşın: