Lavrov: «Qərb Rusiya-Ukrayna danışıqlarını pozmağa çalışır»

Qərb Buça ətrafında isterikanı qızışdıraraq İstanbulda irəliləyiş əldə olunduğu Rusiya-Ukrayna danışıqlarını pozmağa çalışır.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, Buçadakı təxribat Ukraynanın o cümlədən Krımla bağlı mümkün sülh müddəalarını ilk dəfə kağıza köçürdüyü zaman baş verib.

Lavrov İstanbulda Ukrayna ilə danışıqlardan sonra yerlərdə gərginliyin azaldılmasının Rusiya Federasiyasının xoşməramlı jesti oıduğunu söyləyib:

“Rusiya Ukrayna ilə danışıqlar masası arxasında vicdanlı və ardıcıl işləməyə hazırdır”.

Bu xəbəri paylaşın: